Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km²[1] təşkil edir.
Samar adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 12849.4 km² |
Hündür nöqtəsi | 850 m |
Əhalisi | 1.751.267 nəfər (2010-cu il) |
Yerləşməsi | |
12°03′00″ şm. e. 125°07′00″ ş. u. | |
Ölkə | Filippin |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir.
Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür. Ümumi əhalisi 1,751,267 nəfər təşkil edir[2]. Ada əhalisinin böyük əksəriyyəti Visayyalılardır.
Adanın iqtisadiyatının əsasını yeyinti, dağ mədən və meşə sənayeləri təşkil edir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, quşçuluq və heyvandarlıqla məşğul olurlar. Burada Banan, Kofe, Sitrus meyvələri Manqo, Kakao, Abaka, Şəkərqamışı və Düyü yetişdirilir. Üstəlik öküzlər, keçi, donuz, ördək və toyuq saxlanılır. Balıqçılıqda isə sardina və tunes balığı bəslənilir.