Samarin

Samarin - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il siyahıya alınmaya görə kənddə 3.146 nəfər yaşayır (711 ailə).[2]

Şəhər
Samarin
fars. ثمرين
38°21′21″ şm. e. 48°08′06″ ş. u.
Ölkə  İran
Tarixi və coğrafiyası
Əvvəlki adı Sumarin
Əhalisi
Əhalisi 3.146[1] nəfər (2006)
Milli tərkibi azərbaycan türkləri
Xəritəni göstər/gizlə
Samarin xəritədə
Samarin
Samarin

Məhəllələr[redaktə | mənbəni redaktə et]

Kəndin yerliləri bu kəndi 7 qismə bölürlər ki bunlardan ibarətdir:

  • Hüseynabad
  • Orta Küçə
  • Pir Qollu
  • Cəbrayıl
  • Qaraxanlı
  • Sadıqlı
  • Hüseyn Allı

Gərək bunuda artıraq ki hər məhəllədə yuxarıda adları çəkilən tayfalara özəldir.

Görməli yerlər[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisi olan pilədərəsində bir şəlalə
  • Sultan Xoca Əli Türbəsi: Məqbərəninin tikintisi ilkdə suvaqdan olsada 1996-cı ilin zəlzələsində tam darmadağın olub və sonra kərpiçdən üzərində yeni bir bina tikilibdir.
  • Kənddə yerləşən üç meşə ağacı ki onların ömürləri min ildəndə daha çoxdur və Xoca Əli türbəsinin yanında yerləşiblər.
  • Üç Otaq adında bir əski köhül ki onun içində əvvəliyyə insanlar yaşayarmışlar.
  • Zərdüştilərdən qalan bir neçə qəbir
  • Daşdan salınmış böyük və əski heykəllər
  • Çox sayda bağ və ağaclıqlar o cümlədən qoz bağları.
  • Əski dəyirmanlar
  • Bir neçə şəlalə
  • Cəbrayıl Bulağı
  • Mehdi Bulağı
  • Qalacıq piri
  • Kəndin ürünlü əkin yerləri və yaşıl tarlalar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-19.
  2. "Arxivlənmiş surət". 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-19.

Mənbə[redaktə | mənbəni redaktə et]