Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır.
Samba | |
---|---|
Mənşəyi | |
Vikianbarda əlaqəli mediafayllar |
Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir. Hər ölçü üçün 3 addım olmaqla 2/4 ritmi ilə rəqs edilir. Bu, belə təsvir oluna bilər: və-bir, və-iki, sonra geriyə və bir. Digər tərəfdə də əsas hərəkat eyni formadadır. Bir ayaq kənara atılır,birinci ritmdən əvvəl yuxarı qaldırılır ( məsələn: sağ ayağınızı sağ tərəfə hərəkət etdirirsiniz), və ayaq düz saxlanılır. Digər ayaq astaca ön tərəfə hərəkət etdirilir və birinci ayağa yaxınlaşdırılır. Ikinci ayaq yüngülcə dizdən elə bükülür ki, ombanın sol tərəfi aşağıya enir və sağ tərəf daha yuxarıya qalxmış olur. Bədən bu daxilə əyilmiş ayağa tərəf hərəkət etdirilir azacıq “və bir” və sonar kənardakı ayağa tərəf hərəkət etdirilir “və iki” və yenidən ilk hərəkətlər təkrarlanmağa başlayır.
Samba de Gafieira Samba de Gafieira Ballroom Sambadan kəskin şəkildə fərqlənən partnyorlu rəqsdir. Samba de Gafieira 1940-cı illərdə yaranmış və adını Rio de Janeyrodakı məşhur gecə klubunun adından götürüb.
Samba Pagode partnyorla oynanılan digər Samba növüdür və Samba de Gafieiraya bənzəyir. Lakin daha az akrobatik və nisbətən çox intim elementləri özündə əks etdirir. Rəqs ilk olaraq Sao Paulo şəhərində yaranıb.
Bahiada yaranmış və reggae ilə Samba barabanı ritmlərinin qarışığından ibarətdir. Daniel Merkurinin "Sol da Liberdade" "O Reggae E O Mar" and "Perola Negra” kimi mahnıları sayəsində bu ritm bütün dünyada məşhurlaşmışdı.
Samba rok sambanın oynaq formasıdır və Sao Pauloda yaranıb. Bu, latın gecə klubu rəqsidir. Samba-rok az da olsa gafieira sambasına bənzəyir.