Samir Ələkbərov(idmançı)

Samir Ələkbərov Ələsgər oğlu (27 avqust 1980) — azərbaycanlı fudokan karate-do ustası, Beynəlxalq yarışların qalibi və mükafatçısı, ehtiyyatda olan baş-leytenat hərbi rütbəli zabit, vətən müharibəsi iştirakçısı, Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuş, 4-cü dan qara kəmər ustası, Fudokan federasiyasının idarə heyətinin üzvü və Gəncəbasar regionu üzrə baş məşqçi.

Samir Ələkbərov
Şəxsi məlumatlar
Tam adı Samir Ələkbərov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi (43 yaş)
Doğum yeri Qazax, Göyçəli, Azərbaycan
Təhsili Odlar Yurdu Universiteti
İxtisası Hüquqşünas, Fudokan Karate-do üzrə ustad
İdman növü Dünya Fudokan Federasiyası
Boyu 172 sm
İdman dərəcəsi 4-cü dan qara kəmər sahibi
Komandası Ağstafa Fudokan Mərkəzi
Hərbi rütbəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələkbərov Samir Ələsgər oğlu 27 avqust 1980-cı ildə Azərbaycan respublikasının Ağstafa şəhərinin Göyçəli kəndində anadan olub. Uşaq yaşlarından karate-do idman növü ilə peşəkarcasına məşğul olan Samir Ələkbərov həmçinin peşəkar məşqçi kimi fəaliyyət göstərir. Rəhbəri olduğu Ağstafa Fudokan Komandasının Respublika və dünya səviyyəsində bir çox titullu tələbələr yetişdirmişdir.

Uğurları[redaktə | mənbəni redaktə et]

Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dəfələrlə Azərbaycan çempionu, 4-cü dan qara kəmər ustasıdır İkinci Qarabağ müharibəsi iştirakçısı, Qubadlının azad olunmasına görə və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]