Samir Kamal oğlu Səttarov (22 mart 1979, Naxçıvan) — Azərbaycan və polyak alimi: filoloq, dilçi, mədəniyyətşünas, politoloq və sosioloq.
Samir Səttarov | |
---|---|
Samir Kamal oğlu Səttarov | |
Doğum tarixi | 22 mart 1979 (45 yaş) |
Doğum yeri | |
Elm sahələri | filologiya, politologiya, sosiologiya |
İş yeri | |
Təhsili |
Samir Səttarov 1979-cu ilin mart ayının 22-də Naxçıvan şəhərində anadan olub. 1996-cı ildə Naxçıvan səh. 3 saylı orta məktəbini bitirib.
2000-ci ildə Bakı Slavyan Universitetinin Slavistika fakültəsini bitirərək, Polyak filologiyası üzrə bakalavr elmi dərəcəsini əldə etmişdir.
2003-cü ildə Bakı Slavyan Universitetinin Regionsunaslıq və Tərcümə fakültəsini bitirib Dilşünaslıq üzrə magistr elmi dərəcəsini (fərqlənmə diplomu ilə) əldə etmişdir.
2005-ci ildə Varşava Universitetinin Şərqi Avropa Tədqiqatları Institutunun Mədəniyyətşünaslıq və Politologia fakültəsini bitirib politologiya və mədəniyyətşünaslıq üzrə magistr elmi dərəcəsini əldə etmişdir.
2011-ci ildə Polşa Elmlər Akademiyasının Sosiologiya və Fəlsəfə Institutunun doktoranturasını (fərqlənmə diplomu ilə) bitirərək əsas ixtisası sosiologiya, əlavə ixtisası ədəbiyyat fəlsəfəsi olmaqla sosiologiya üzrə ictimai elmlər doktoru elmi dərəcəsini əldə etmişdir.[mənbə göstərin]
2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda Təhsil şöbəsinin müdiri[1], Həmkarlar təşkilatının sədri vəzifəsində[2] işlərib.
2023-cü ildən AMEA Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavinidir.
2005–2006-cı illərdə Bakı Slavyan Universitetində polyak dili və ədəbiyyatı müəllimi vəzifəsində işləmişdir.
2006–2011 Polşa Elmlər Akademiyasının Sosiologiya və Fəlsəfə İnstitutunun doktorantı və elmi işçisi olmuşdur.
2011–2014 Krakov Universitetində adyunkt vəzifəsində işləmiş və Qafqaz xalqlarının mədəniyyəti fənni üzrə mühazirələr oxumuşdur.
2014-cü ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində; 2015-ci ildən — boyük elmi işçi vəzifəsində işləmişdir.
2017-ci ildən etibarən Polşa Respublikasının Yan Koxanovski adına Universitetin "Siyasi elmlər illiyi" və "İctimai və humanitar elmlər" elmi jurnallarının redaksiya heyətinin üzvü seçilmişdir.[3]
Poşada, Azərbaycanda və Rusiyada bir sıra elmi məqalələrin müəllifidir:
Heydar Aliyev — Narodowy lider Azerbejdżanu. (Heydər Əliyev — Azərbaycan xalqının ümummilli lideri).[4]
Mniejszości narodowowe i etniczne we współczesnym azerbejdzanie.(Müasir Azərbaycanın milli və etnik azlıqları).[5]
15 czerwiec Dzień Ocalenia Narodowego, (15 iyun – Milli Qurtuluş Günü).[6]
Культурное пограничье в Азербайджане.[7]
Формирование нравственно-патриотических качеств личности азербайджанских школьников в процессе изучения творчества М.А. Шолохова.[8]
Польское нацменьшинство в контексте азербайджанского мультикультурализма.[9]
Современное понятие и основные элементы культуры определяющие культурную идентичность индивида.[10]
Творчество Виславы Шимборской в Азербайджане.[11]
Polityka energetyczna Azerbejdżanu. Ropociąg Baku-Tbilisi-Ceyhan. (Azərbaycan Respublikasının enerji siyasəti, Baki-Tiflis-Ceyhan neft boru kəməri).[12]
Polska polityka wschodnia w latach 1918–1939, (1918–1939 illərdə Polşanın Şərq siyasəti)[13]
"Adam Mitskeviç və Azərbaycan".[14]
Henrik Senkeviçin həyat və yaradıcılığı.[15]
"Mixail Şoloxovun yaradıcılığı polyak ədəbiyyatşünaslığında".[16]
Обычаи и традиции как элементы культуры формирующие национальную (этническую) идентичность индивида (Пример Азербайджана).[17]
Subkultura polskiej mniejszości narodowej w Azerbejdżanie.[18]
Azerbejdżan w walce o interesy geopoliyczne.[18]
Sytuacja geopolityczna na Bliskim Wschodzie i Afryce Północnej.[18]
2023-cü ildə polyak dilindən Azərbaycan dilinə professor Andjey Xodubskinin "Votold Zqlenitski (1850–1904) "Polşalı Nobel"" kitabını tərcümə etmişdir
Azərbaycan etnografiyasına, tarixinə, ədəbiyyatına dair bir sıra kitabları polyak dilinə tərcümə etmişdir.
Azərbaycan torpaqlarında tapılmış yagellon sikkələri polyaklar və azərbaycanlılar arasında diplomatik əlaqələrin tarixini təsdiq edən dəlil kimi
Azərbaycan qonaqpərvərliyi
Azərbaycan ailəsi və ailə məişəti
Azərbaycanda qarşılıqlı yardım formaları və.s.
Azərbaycan dilindən polyak dilinə tərcümə etdiyi məqalələr:
Azərbaycan – Polşa əlaqələrində Naxçivan, müəllifi akademik İsa Həbibbəyli.
Polşa tarixinin yadigarları Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında (Azərbaycan-Polşa münasibətləri rakursunda) müəllifi Nailə Vəlixanlı.
The role of European scholars’ investigations in development of Azerbaijan archaeology in the 21st century, müəllifi dr. Maisa Rahimova.
Azərbaycan dilçiliyinin inkişafı Polşa — Azərbaycan əlaqələri kontekstində, müəllifi Fəxrəddin Veysəlli.
XIX əsrin sonu-XX əsrin əvvəllərində polyakların Bakının ictimai həyatında rolu, müəllifi Fərhad Cabbarov.
Nizami "Xosrov və Şirin"inin türkcəyə ilk tərcüməsi (XIV əsr) və əsərin bəzi dil xüsusiyyətləri, müəllifi Əbülfəz Quliyev.
Yüzyıl Azerbaycan halk edebiyatı araştırmaları tarihinde polonya bilim adamları, müəllifi Afaq Ramazanova.
2007-ci ildən Polşa Azərbaycanlıları "Birlik" diaspora təşlilatının idarə heyətinin üzvüdür.
2011-ci ildən Polşada Azərbaycan haqqinda www.azerbejdzan24.pl Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine məlumat portalının yaradıcısı və rəhbəri
2014-cü ilin iyul ayından — 2015-ci ilin sentyabr ayınadək AMEA Ədəbiyyat İnstitututnda Slavyan və Baltik ölkələri ilə əməkdaşlıq üzrə koordinatordur.[19]
2017-ci ildən 2023-cü ilədək Avropa İttifaqının "Horizon 2020" proqramının "İctimaiyyətlə və İctimaiyyət üçün elm" (SWİFT — "Science with and for society") sahəsi üzrə Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi idi.[20]