Samos müharibəsi

Samos müharibəsi (E.ə. 440 - E.ə. 439) — Afina ilə Samos arasında asılılığın qəbul edilməsi uğrunda başlanan hərbi münaqişə.

Samos müharibəsi
Samos adası
Tarix E.ə. 440 - E.ə. 439
Yeri Samos adası
Nəticəsi Afinalıların qələbəsi
Münaqişə tərəfləri

Afina

Samos

Komandan(lar)

Perikl

Meliss

Əvvəlki hadisələr

[redaktə | mənbəni redaktə et]

Kiçik Asiya sahillərində inşa edilmiş Milet şəhəri və Samos adası bir-birilərilə üzbəüz yerləşirdilər. Samosun torpağı çox məhsuldar olmadığına görə onun əhalisi çox öncədən materikin yaxın sahilində Miletin yaxınlığında olan Priena şəhərinin ətrafında məskunlaşırdılar. Milet Priena şəhəri üzərində öz haqqlarını irəli sürürdü, bu səbəbdən də bu iki polis arasında bir neçə nəsildən bəri davam edən münaqişə mövcud idi.

Yunan-İran müharibələri dövründə Samos və Miletin ikisi də Delos İttifaqına daxil oldu. E.ə. 450-ci ildə Miletdə çevriliş baş verdi, oliqarxik rəhbərlik devrildi, iki tanınmış aristokratik nəslin üzvləri ölüm təhlükəsi altında şəhərdən qovuldu, onların hər birinin başları üçün 100 stater mükafat təyin edildi. Daim demokratları müdafiə edən Afina bu çevrilişə müsbət yanaşdı və yeni hökumətlə müqavilə bağladı. Milet də öz növbəsində Afinaya sədaqət andı içdi. Milet Periklin məşuqəsi Aspaziyanın vətəni idi.

Eyni dövrdə Samosda oliqarxlar hökmranlıq edirdilər. Samoslularla miletlilər arasında hərbi əməliyyatlar yenidən başlayanda, üstəlik uğur da samosluların tərəfində olanda Afina Delos İttifaqının hegemon dövləti kimi, hər iki tərfdən əməliyyatları dayandırmağı və münaqişənin həllinin Afinanın hakimliyinə buraxmalarını istədi. Samoslular Afinanın bitərəfliyinə şübhə edərək, bu tələbi yerinə yetirməkdən imtina etdi. Onda Samos demokratlarının nümayəndələri gizli olaraq Afinaya gəldi. Onlar şəhərdə olan qayda-qanundan şikayət etdilər və eyham vurdular ki, samoslular demokratik çevrilişi canla-başla qəbul edər.

Bunların nəticəsində Perikl E.ə 463-cü ildə Fasosla olduğu kimi güc tətbiq etməyi və Samosu itaət altına almağı qərara aldı. E.ə. 440-cı ilin yazında Periklin başçılığı altında olan onlarla gəmidən ibarət Afina donanması Samosa gəldi. Şəhər döyüşsüz alındı, oliqarxlar devrildi, demokratlar yeni hökuməti təşkil etdi. ən tanınmış Samos nəsillərindən girovlar (əlliyədək kişi və oğlan) götürüldü və Lemnos adasına aparıldı. Samosda afinalı döyüşçülər və vəzifəli şəxslər saxlandı və Perikl donanma ilə Afinaya qayıtdı.

Afinanlıların qəti və sürətli həmlələri (əməliyyat cəmi bir neçə gün davam etmişdi) 100 il ondan əvvəl tiran Polikratın dövründə Egey dənizinin ən qüdrətli polisi olan samosluların qürurunu təhqir etmişdi. Samosluların duyğuları o qədər incimişdi ki, onlar devrilmiş hökumətə tərəfdar çıxdı və iki aydan sonra gecə vaxtı oliqarxların dəstəsi adaya çıxanda ümumi üsyan başladı. Demokratlar devrildi və şəhərdə qalan afinalılar ələ keçirilərək İrana təhvil verildi. Həmçinin iranlıların yardımı ilə Lemnosdakı girovlar azad edildi.

Samosun yeni hökuməti Delos İttifaqından çıxdığını elan etdi. Onun nümunəsindən Vizanti istifadə etdi, şayiə yarandı ki Karya və Frakiyanın şəhərləri də analoji addımı atacaqlar. Afinaın qüdrətli hakimiyyətinin dağılması təhlükəsi yarandı.

Bu xəbərləri alan Afinanın düşməni olan Peloponnes İttifaqı təcili surətdə şura toplantısı çağırdı. Vəziyyətdən istifadə rtmək və Afinaya hücum etmək təklif edildi. Lakin Afinanın ənənəvi rəqibi və Peloponnes İttifaqının qüdətli üzvü Korinf gözlənilmədən təklifə etiraz etdi. Tiran Periandrın dönəmindən bəri samoslulara nifrət edən korinflilər bildirdilər ki, hər polis öz müttəfiqi ilə istədiyi kimi davrana bilər. Buna görə Kiçik Peloponnes müharibəsini bitirmiş sülh qüvvədə qaldı.

Hərbi əməliyyatların gedişi

[redaktə | mənbəni redaktə et]

Perikl yayda 44 gəmi ilə Samosa yönəldi. Samoslular afinalılar qarşı Miletdən qayıda iyirmisi yük gəmisi olan 70 gəmidən ibarət donanma ilə hücum etdi. Samos yaxınlığındakı Tragi adasının yanında dəniz vuruşması oldu və Perikl bu döyüşdə qələbə çaldı. Samos donanmasına başçılıq edən filosof və qabiliyyətli sərkərdə olan Meliss mühasirəni yardı və şəhərə qayıtdı. Düşmənlərini izləyən afinalılar quru döyüşündən sonra limanı ələ keçirdilər və şəhəri mühasirəyə aldı. Afinadan sofoklun başçılığı ilə 40 gəmi gəldi, həmçinin Xios və Lesbosdan da 25 gəmi köməyə yetişdi. Şəhər qurudan üç səddlə və dənizdən Afina donanması ilə tamamilə mühasirəyə alındı.

Bu dövrdə Perikl Samosun köməyinə tələsən İran gəmiləri haqqında məlumat aldı. Özü ilə altmış trier götürən Perikl onları Samosdan mümkün qədər uzaqda dayandırmaq üçün qabaqlarına çıxdı. Afinalıların azlığından istifadə edən Meliss onlara hücum edərək dəniz döyüşündə qələbə çaldı və gözətçi gəmilərini batırdı. Afinalılar xeyli gəmi və döyüşçü itirdilər, Samosun blokadası on dörd gün müddətində yarıldı və şəhər dənizdən lazımi təchizat ala bildi. Əsir alınmış afinalıların alınlarına bayquş damğası vuruldu[1], bununla samoslular əsir alınmış həmyerlilərinin alınlarına vurulan gəmi damğasının əvəzini çıxdılar.

İran donanması haqqındakı xəbərlər yalan çıxdı və Perikl tələsik Samosa qayıtdı, üçüncü dəniz döyüşündə Melissi məğlub etdi, şəhər yenidən mühasirəyə alındı. Afinalılara yenidən Fukidid, Qaqnon və Formionun başçılığı ilə 40 gəmi, Tlepolem və Antiklin başçılığı ilə 20 gəmi və Xios və Lesbosdan 30 gəmi kömək yollandı. Yeni itkilərə yol vermək istəməyən perikl şəhəri mühasirəyə almaq və onu aclıqdan təslim etmək qərarı verdi. Mühsirə zamanı afinalılar səkkiz hissəyə bölündü, bu hissələrdən biri püşk əsasında dincəlir, yeddisi isə çarpıçırdı. Afinalılar həmçinin o dövr üçün yenilik olan mühasirə qurğuları tətbiq edirdilər.

Samos doqquz ay dözdü, sonra isə mühasirədən çıxmaq üçün uğursuz cəhd etdilər (e.ə. 439-cu ilin yazı) və xilas olam haqqındakı ümidlərini itirərək təslim oldular.

Müharibənin nəticəsi

[redaktə | mənbəni redaktə et]

Sülhün şərtləri ağır idi. Samoslular şəhər divarlarını yıxmaq, bütün hərbi gəmiləri təhvil vermək, girov vermək, bir neçə hissə altında afinalıların hərbi xərclərini ödəmək ()təxminən min beş yüz talant) və ərazilərinin bir hissəsini Afina Panteonun tanrılarına güzəştə getməyə məcbur oldular. Samosda demokratik quruluş bərqərar edildi. Xioslu İona görə o, bu qələbəyə görə Perikl bu qələbədən

"çox təşəxxüs keçirdi: Aqamemnon on ildə bir barbar şəhərini ələ keçirdi, o isə cəmi doqquz aya ən qabaqcıl, ən güclü ioniyalıları ram etdi!"[2]

.

Bu hadisələrdən sonra Samos Peloponnes müharibəsinin sonunadək Afinaya sadiq qaldı.

  1. Bayquş Afinanın himayəçisi olan ilahə Afinanın simvolu idi
  2. Plutarx, Perikl, 28.