Samuel Kolman - (4 mart 1832 - 26 mart 1920) Amerikalı rəssam.
Samuel Kolman | |
---|---|
Doğum tarixi | 4 mart 1832[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 mart 1920[3] (88 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, yazıçı, rəssam-qravürçü[d] |
Janr | peyzaj |
Vikianbarda əlaqəli mediafayllar |
Kolman Portlend şəhərində anadan olub. O , uşaq olarkən ailəsi ilə bərabər Nyu Yorka köçüblər. Atası burada kitab mağazası açıb. Kolmanın Hudson River məktəbində qısa müddətli rəssamlıq təhsili alıb. İlk əl işlərini 1850-ci ildə Milli Dizayn Akademiyasında sərgiləyib.
1854-cü ildə Nyu-Yorkda öz studiyasını açıb. 1862-ci ildə verilən tam üzvlüklə Milli Akademiyanın müxbir üzvü seçilib.
1860-cı illərdə Kolman Nyu-Yorkun İrvinqton şəhərində yaşayırdı. Kənddə yaşadığı müddətdə kənd mənzərələrini əks etdirən bir sıra rəsmlər çəkib.[4]
Müharibədən sonra o , akvarel rəsmlər çəkib. 1866-cı ildə yaradılan Amerika Akvarel Cəmiyyətinin yaradıcılarından biri Kolman olub. O, 1867-ci ildən 1871-ci ilə qədər burada direktor olub.[5] O, “Təbiətin Harmonik Birliyi” və “Mütənasib Forma” adlı 2 kitab yazıb.
Kolman 1920-ci ildə Nyu-Yorkda vəfat edib.[6]