San-Sebastian Beynəlxalq Film Festivalı 1953-cü ildən bəri İspaniyanın San-Sebastian şəhərində keçirilən film festivalıdır.
Festival əvvəlcə yalnız ispan dilindəki filmləri mükafatlandırmaq üçün təşkil edilsə də, 1950-ci illərin sonlarından etibarən başqa dillərdə olan filmlərin iştirakına da açılmışdır.
Mükafatların əksəriyyəti münsiflər heyəti tərəfindən təqdim edilir. Bundan əlavə, ən populyar olan filmə tamaşaçı mükafatı verilir. Müsabiqənin əsas mükafatları Concha de Oro (Qızıl Oyster) və Gümüş Oysterdir. Həmçinin də hər il bir, iki və ya üç aktyor Donostia Mükafatına layiq görülür.