San İldefonso anlaşması Bu anlaşmanı bəzən Birinci San İldefonso anlaşması da adlandırırlar. Anlaşma İspaniya və Portuqaliya arasında La Plata hövzəsində sərhədin müəyyən edilməsini nəzərdə tutulurdu. Anlaşma 1 oktyabr 1777-ci ildə San İldefonsoda imzalanmışdır.
Müqavilənin şərtlərinə əsasən İspaniya Portuqaliyaya Cənubi Amerika ərazisində Braziliya koloniyasına müəyyən qədər ərazi verir. Bunun müqavilində Uruqvay üzərində nəzarəti əlinə alır. Fernando-Po və Afrikanın sahil ərazilərində Higer və Oqove çayları arasındakı torpaqlarda İspaniyaya verilir. Üstəlik Portuqaliya Şərq misiyası , Sakromento koloniyası ,Filippin və Marian adalarından əl çəkməli olur. Bu müqavilənin 20–21-ci maddələrinə əsasən əvvələr imzalanmış Tordesilyass və Saraqoss digər sülh anlaşmaları , həmçinin Utrext və Paris müqavilələri öz qüvvəsini itirmiş olur.6–15-ci maddələrinə əsasə isə Cənubi Amerikada sərhədlərin müəyyənləşməsi demək olar ki, Madrid anlaşması(1750)ndakı sərhəddən heç bir fərgi yox idi.18-ci maddədə sərhəd bölgəsində istehkamlar tikməyə icazə verilir.
Bu anlaşma İspan və Portuqal müharibəsi(1776–1777)nə son qoysada , Braziliya və ispan koloniyaları arasında dəqiq sərhəd müəyyənləşmədi. Buda bir çox toqquşmalara gətirib cıxarırdı. Bu münaqişə yalnız XIX əsrin müəyyən tarixi gedişləri nəticəsində çözülmüş olur.