San Mames Stadionu (2013)

San Mames Stadionu İspaniyanın Basklar ölkəsi adlandırılan əyalətində fəaliyyət göstərən bir arenadır. 1913-cü ildə tikilən köhnə stadionun yanında inşa edilmiş, artıq 2013-cü ildə ilk rəsmi oyuna ev sahibliyi etmişdir. 53.332 nəfərlik tutuma malikdir. Atletik Bilbao FK öz ev oyunlarını bu arenada keçirir.