Sandro Botiçelli

Sandro Botiçelli (təq. 1445[3][4], Florensiya, Florensiya Respublikası[3][4]17 may 1510[5][6][…], Florensiya, Florensiya Respublikası[7][2][…]) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. O, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbiyə alıb. Qardaşının ləqəbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir.

Sandro Botiçelli
it. Sandro Botticelli
Botiçellinin avtoportreti
Botiçellinin avtoportreti
Doğum adı it. Alessandro di Mariano di Vanni Filipepi
Doğum tarixi
Doğum yeri Florensiya
Vəfat tarixi
Vəfat yeri Florensiya
Fəaliyyəti rəssam, boyakar[d], memarlıq çertyojçusu[d]
Janrlar portret[1][2], tarix rəssamlığı[1][2], dini rəssamlıq[d][1], mifologiya rəssamlığı[d][2], dini incəsənət[d][2]
Stillər Florensiya Məktəbi[d][3]
Tanınmış işləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun sənətində dini mövzular, aristokratik meyllər daha üstündür. Saray rəssamı olduğu zaman o, Lorensonun sifarişi ilə bir sıra gözəl əsərlər, o cümlədən mövzusu italyan poeziyasından götürülmüş "Bahar" və "Veneranın doğulması" tablolarını, həmçinin Roma papasının iqamətgahı Vatikanda Sikst kapellasının divar rəsmlərini yaradır.

Botiçellinin 1492-1497-ci illər arasında Dantenin "İlahi komediya"sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr Renessans dövrü kitab illüstrasiyası sənətinin ən gözəl nümunələrindən sayılır.

  1. 1 2 3 Union List of Artist Names (ing.).
  2. 1 2 3 4 5 RKDartists (nid.).
  3. 1 2 3 Lightbown R. W. Sandro Botticelli / Italian painter / Also known as: Alessandro di Mariano Filipepi // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Grove Art Online (ing.). / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 1998.
  5. Artnet. 1998.
  6. Sandro Botticelli // AGORHA (fr.). 2009.
  7. Union List of Artist Names (ing.). 2018.