Sankulotlar

Sankulot (solda), kulot (dizlikli şalvar — bric) geymiş barabançı (sağda) XIX əsr

Sanskulotlar (fr. sans-culottes = fr. sans — inkar şəkilçisi + fr. culottefr. cul = azərb. sağrı, yan, omba‎,) — Parisdə inqilab əhvali-ruhiyyəli kasıb insanlara Böyük Fransa inqilabı dövründə verilmiş ad. Ad fr. sans-culotte sözündən götürülmüşdür, mənası dizliksiz və ya bricsiz deməkdir. XVIII əsrdə varlı, əsilli kişilər, zadəganlar uzun corabla dizə qədər olan dar şalvar ya tuman, kasıblar isə uzun şalvar geyərmişlər. Bu məqsədlə də kasıb və yoxsul zümrəni "dizliksizlər" — sanskulotlar adlandırılırdılar.