Sapanca gölü — Adabazarı ilə İstanbul arasında Kocaeli sərhədinə yaxın bölgədə, Sapanca ilçəsi içində göl.
Sapanca gölü | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
40°43′ şm. e. 30°15′ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sapanca gölü, Şərqi Mərmərə bölgəsində, Sakarya şəhər mərkəzinin 12 km qərbində, İzmit şəhərinin isə 27 km şərqində yerləşən tektonik mənşəli bir şirin su gölüdür. Şərq-qərb uzanımlı olan gölün şərq seqmenti Sakarya ilinin sərhədləri içərisində, qərb seqmenti isə Kocaeli ilinin sərhədləri içində yerləşir. Gölün içində olduğu bölgə, cənubda Samanlı dağları, şimalda isə Kocaeli Penepleni olaraq adlandırılan morfotektonik strukturlar arasında yer alan və Şimali Anadolu fayının şimal qoluna aid segmentlərlə məhdudlaşdırılmış olan İzmit-Sapanca dəhlizi üzərindədir.