Saqqalcıqlı gərməşov

Ziyilcikli gərməşov (lat. Euonymus verrucosus)[1]gərməşovkimilər fəsiləsinin gərməşov cinsinə aid bitki növü.[2]

Ziyilcikli gərməşov
Euonymus verrucosus 20080907b.jpg
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Asiyada, Skandinaviyada, Orta Avropada təbii halda yayılmışdır. İlk dəfə Balkan yarımadasında təsvir edilmişdir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Alçaqboylu (1-2 m) koldur. Cavan zoğları sıx, kütləşmiş, qaramtıl ziyillərlə örtülüdür. Yarpaqları açıq-yaşıldır, ellips və ya uzunsov ellipsvarı formalıdır, kənarları xırda dişlidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, çiçək saplağı uzundur, hər saplaqda 7-yə qədər çiçək olan çiçək qrupu yarımçətirdə yerləşir. Kasacığı 4 dilimlidir, ləçəkləri tünd-qırmızı və ya yaşılımtıl-boz rənglidir. Xoşa gəlməyən ağır iyi vardır. Meyvəsi avqust-oktyabr aylarında yetişir. Meyvəsi 4 bölümlü qutucuqda olmaqla saplaqdan asılmış vəziyyətdədir. Toxumu yumurtavarı, qara, parlaq, yarıya qədər qırmızımtıl örtüklə örtülüdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Rütubətli ərazilərdə, humusla zəngin torpaqlarda yaxşı bitir. Şaxtayadavamlıdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Lənkəran zonasında, Naxçıvanın meşə və kolluqlarında bitir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Payızda qırmızımtıl meyvəsi və sarımtıl-çəhrayı yarpaqları çox gözəl olur.

Euonymus verrucosa070515c.jpg
Euonymus verrucosa 2.jpg
Euonymus verrucosus 20080907a.jpg
Euonymus verrucosus 7112.jpg

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]