Azərbaycan.
Sarı-qırmızı astrakanta | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Naxçıvan MR-də (Qapıca dağları) 1700–1800m yeksəklikdə təbii arealı vardır.
Azərbaycanın nadir bitkisidir. VU C2a(i).
Quru daşlı yamaclarda yayılmışdır.
Azərbaycanda təbii ehtiyatı çox deyildir.
Təbiətdə yarpağını tökən, çoxlu budaqları olan, 25 sm hündürlüyə qalxan koldur. Qalın tüklə örtülmüş yarpaqaltlıqlarının və yarpaqlarının ucu tikanlı oxlarla qurtarır. Tikanları 2–4,5 sm uzunluqda düz yuxarı qalxmış, yaxud meyillidir. Yarpaqcıqları 7–8 cüt olub, hər iki tərəf-dən ağtüklü, ellipsvari, yaxud uzunsov-ellipsvarı, küt, yaxud qısa ucludur. Meyvəsi yumurtavarı, üzəri tüklü, 2–3 mm uzunluqda, yuxarı hissəsi qarmaqvarı əyilmiş, əsası çılpaqdır. Paxlası tüklüdür. İyulda çiçəkləyir, avqust-sentyabrda meyvəsi yetişir.
Təbiətdə toxum vasitəsilə çoxalır.
Başlıca olaraq insan fəaliyyətinin təsiridir.
Becərilməsi haqqında məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.