Sarı Aşıq türbəsi

Sarı Aşığın[1] abidəsi (XVII əsr) – Laçın rayonu Güləbird kəndi[2] ərazisində bayatı ustadı Sarı Aşığın qəbri[3].

Sarı Aşığın abidəsi
Ölkə  Azərbaycan
Şəhər Laçın
Yerləşir Güləbird
Tikilmə tarixi XVII əsr
Vəziyyəti ermənilər tərəfindən dağıdılıb
Sarı Aşığın abidəsi (Azərbaycan)
Sarı Aşığın abidəsi

Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır.

XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında Həkəri çayının sağ sahilində XVII -XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olub, burada yaşayıb və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunub.

Aşığın qəbrinin baş daşına onun xəyali şəkli də həkk olunub. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir[4]. Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapıb. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük verib[5].

Erməni vandalları Sarı Aşığın qəbrini tamamilə dağıdıblar.

Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə edib. Şeirlərində atalar sözlərini və məsəlləri tez-tez işlədən Sarı Aşıq çoxlu sayda sevgi şeirlərinin də müəllifidir. 1993-cü ildə erməni vandalları Sarı Aşığın qəbrini tamamilə dağıdıblar.

  1. Sarı Aşıq
  2. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-16.
  3. Laçın abidələri
  4. "Arxivlənmiş surət". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-16.
  5. http://modern.az/articles/42129/1/

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]