Sarı peloziya-(lat. P.obtusa H.S.) Buğumayaqlılar tipinin Pulcuqqanadlılar dəstəsinin Ayıcalar fəsiləsinə aid olan növ
Sarı peloziya | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 12–13 mm-dir. Ön qanadları açıq sarı rəngdə olub, üzərində köndələn yerləşən tünd nöqtələr vardır. Arxa qanadları qonuru-sarı rəngdədir.3–4 mm uzunluqda kiçik tırtıllara malikdir.
Nadir növdür. Azərbaycanın faunası üçün yenidir. Mayda tırtıllar puplaşmış və onlardan kəpənəklər çıxır. Pupun inkişafı 15 gün çəkir. Bu ayıca suda bitən qamışla da qidalanır.
Azərbaycanda bu növ subtropik iqlimə malik olan Lənkəran vilayətinin düzən və dağətəyində yayılmışdır. Kəpənəkləri Lənkəranın yuxarı Apo kəndində, Xanbulaqçayda tapılmışdır.