Sarı torpaqlar — gilli şistlər üzərində formalaşmış torpaq tipi. Azərbaycanda Lənkəran rayonunun düzən və dağətəyi hissəsində yayılmışdır.
Qırmızı torpaqlardan fərqli olaraq bu torpaqlarda silisium miqdarı çox, biryarım oksidlərin miqdarı isə azdır.[1]
Torpaq horizontunun ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm-ə qədərdir. A0 – meşə döşənəyi (3-4 sm), A1 – humus horizontu, A2 – podzollaşmış, qonur-sarımtıl rəngdə, gillicəli, B – illüvial horizont, açıq sarı, topavari, prizmavari strukturlu, gillicəli, C-müxtəlif rəngli torpaqəmələgətirən süxurlar. Bu torpaqlar azotludur və bəzi kül elementləri ilə zəif təmin olunmuşdur. Ona görə də bu torpaqlara mineral gübrələrin tətbiq olunması zəruridir.