Sarıayaq exzoxomus

Sarıayaq exzoxomus lat. Exochomus flavipes Thunb.-Formasına görə başqa parabüzən növlərindən çox da fərqlənmir.

Sarıayaq exzoxomus
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Biologiyası[redaktə | mənbəni redaktə et]

Formasına görə başqa parabüzən növlərindən çox da fərqlənmir. Qanadüstlüyü qaradır, heç bir ləkə və nöqtəsi yoxdur. Ayaqların qırmızı sarımtıl çalarları var, bu hissə nisbətən böyükdür, ayağındakı caynaqlar dişlidir. Bud hissədə az sarı ləkələr vardır. Böyüklüyü 4-4,5 mm-dir. Bostan bitkilərində və yoncalıq sahələrdə də yastıcalarla qidalanırlar. Quru otların altında qışlayırlar. Qış sığınacaqlarından martın axırında çıxırlar. İl ərzində bir bütün və bir fakultativ nəsil verirlər.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın dağətəyi və aran, xüsusən çayların vadisində olan təbii zonalarında, səhra bitkilərində, xüsusən də kol və yarımkol, ən çox da yabanı bitkilər üzərində yayılıb.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 41
  2. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981