Sarıca-Minbərək abidələr qrupu — Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksi[1]
Sarıca-Minbərək abidələri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | Minbərək düzü |
Aidiyyatı | E.ə. IV -III minilliklər |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir[2].Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir[1].
Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur. Burada Xocalı-Gədəbəy və Yaloylutəpə mədəniyyətinə aid abidələr də tapılmışdır. Arxeoloji qazıntı işləri zamanı əldə edilən maddi-mədəniyyət nümunələri bütün tunc dövrlərini, dəmir dovrünü izləməyə, bu uzun zaman məsafəsində aborogenlərin dəfn adətlərini, daşlara hopdurulmuş mənəvi mədəniyyyətini, mifik və fəlsəfi dünya görüşlərini öyrənməyə imkan verir.[3]