Sarıgilə daş sarmaşığı

Sarığilə daş sarmaşığı

Sarıgilə daş sarmaşığı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Hedera helix subsp. poetarum

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Avropada,Asiyada,Şimali Amerikada bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine