Valeriana alliariifolia Adams
Hündürlüyü 7–100 (200) sm, gövdəsi düz, möhkəm, çox şırımlı, içi boş, 5–7 ədəd düyünaraları vardır, lap aşağıdakılar qısalmış olan, hündür, çoxillik çılpaq bitkidir. Kökümsovu
qalın və qısadır, qeyri-bərabər budaqlanmışdır.
Yarpaqları gövdə üzərində (3) 5–7 (8) cüt olmaqla düzülmüş, kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, iridir, dəyirmi ürəkşəkillidir, qaidə hissəsi dərinürəkşəkillii
və ya böyrəkşəkillidir, kənarları sivri dişcikləri olan oyuqlu-dişlidir və sivri və yaxud uc hissəsi sivriləşmişdir, sonrakılar daha qısa saplaq üzərində olub, tədricən azalandır, enli ürəkşəkilliyumurtaşəkillidir, daha sivriləşmişdir, yuxarıdakı yarpaq cütləri demək olar ki, oturaqdır.
Çiçək qrupu iridir, qalxanvari olub, dixotomik budaqlanmış, bar verən zaman şaxələnəndir. Tac konusvari-qıfşəkillidir, ağ və ya çəhrayı rəngdədir.
Meyvələrinin uzunluğu (3) 4–5 mm-dir, yastıdır, azacıq ürəkşəkilli əsası tədricən yuxarıya doğru daralmışdır, uzunsov və ya xətvariuzunsovdur, çılpaqdır; uçağanı 10–15 ədəd cod
tüklərdən ibarətdir, meyvənin ölçüsünə bərabərdir.
İyul-Avqust
(İyul) Avqust-Sentyabr
BQ qərb Şəki və Zaqatala r-n). Yuxarı meşə və subalp qurşaqlarında.
Meşə talalarında və çəmənlərdə, rütubətli yerlərdə, çay sahilində, bulaqların yaxınlığında, qayalarda və tökməyerlərdə rast gəlinir.
Bitki haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |