Sarımtıl-boz şibyəyeyən (lat. Cubosia mesomella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.
Sarımtıl-boz şibyəyeyən | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Sarımtıl-boz şibyəyeyən |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Kəpənəyi bir qədər iridir. Qanadları açılmış halda 14-15 mm-dir. Ön qanadı sarımtıl boz, ön kənarı bir qədər tünd sarıdır, ön və arxa kənarın ortasında qara nöqtələr yerləşir. Arxa qanadı tünd boz rəngdədir, onun kənarları sarıdır. Tırtılı qara-qonur, qısa və uzun tüklərlə örtülüdür. Başı qara-qonur rəngdədir.
Nadir növdür. İşığa çox zəif uçur. Tırtılı aprel-may aylarında dağətəyi meşələrdə və çəmənliklərdə ciyərotu üzərində olan şibyələrlə qidalanır. İldə bir nəsil verir. Pupu kolbaşəkillidir.
Bu növün kəpənəkləri İsmayıllıda, Zaqatalada və Bakıda tapılmışdır.