Sarınmış üçküncmeyvə

Elmi adı Trigonocaryum involucratum (Stev.) Kusn.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Tüklü, uzun, nazik köklü bitkidir. Gövdəsi qısadır, qaidə hissədə budaqlanandır, 5-20 sm uzunluqdadır. Yarpaqları 1-1,5 sm uzunluğunda, küt, mərkəzihissəyə getdikcə daralandır. Çiçək qrupu yan çətirlərdən ibarət başcıqlıdır. Çiçək altlığının yarpaqları çiçəyi əhatə edir, 1-2 sm uzunluğundadır. Formasına görə gövdə yarpaqlarına oxşayır, çiçəklərdən uzundur. Kasacıq 2 mm uzunluqda, oturaq və ya qısa ayaqcıqlıdır, zəngvari, tükcüklüdür. Çiçək tacı ağımtıl və ya göy, çox kiçik, kasacıqdan bir az uzundur. Fındıqcası ağımtıl, iri, 3,5 mm uzunluqda və üçkünclü formadadır. [3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi iyun, meyvəverməsi iyul aylarına təsadüf edir. Subalp və lap qurşaqlarında daşlı yamaclarda rast gəlinir.[3][4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba sahəsi və qərb hissəsidir. [3][5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpasının zəif olması və sayının azalması müşahidə olunur. Populyasiyaların ekstermal iqlim şəraiti olan yerlərdə yayılması, iqlim amillərinin kəskin dəyişikliyinə həssaslıq müşahidə olunur. [6]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (yay otlaqlıqlarının intensiv otarılması). Yayıldığı ərazilərdə sel daşmalarının və erroziya proseslərinin güclü olmasıdır.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək, mütəmadi monitorinqlərin aparılması, populyasiyaların ciddi nəzarətə götürülməsi, mümkün rezervasiya imkanlarının araşdırılmasıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://redbook.az/?options=project&id=Sar%C4%B1nm%C4%B1%C5%9F%20%C3%BC%C3%A7k%C3%BCncmeyv%C9%99[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 3 1. Флора Азербайджан, 1957.
  4. 1 2 2. Аскерова Р.К., Керимов В.Н.,1999.
  5. 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012.
  6. 4. Tərtibçilərin məlumatları.