Sara Bağırova

[mənbə göstərin]

Sara Bağırova
Sara Bağırova.jpg
Doğum tarixi (64 yaş)
Doğum yeri Culfa rayonu, Saltaq kəndi
Vətəndaşlığı  Azərbaycan
Fəaliyyəti yazıçı

Sara Dövlət qızı BağırovaAzərbaycanlı yazıçı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Bağırova Sara Dövlət qızı. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1958-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Saltaq kəndində müəllim ailəsində anadan olub. 1973-cü ildə Saltaq kənd 8-illik məktəbini fərqlənmə ilə bitirib, Naxçıvan şəhər Tibb Məktəbinin Feldşer fakültəsinə daxil olub. 16 mart 1977-ci ildə Culfa şəhər mərkəzi xəstəxanasında əmək fəaliyyətinə başlayıb. Qısa müddətdən sonra Culfa rayon, Gal kənd feldşer-mama məntəqəsinə müdir təyin olunub. Təhsilini davam etdirmək istəsə də mümkün olmayıb. “Bizim məktəb” adlı ilk yazısı 1974-cü ildə rayon qəzetində dərc olunub. 1979-cu il ailə nigahına daxil olub və Sumqayıt şəhərinə köçüb. Qısa müddət Sumqayıt Kompressorlar Zavodunda nəzarətçi işləyib. Sonra, H.Z.Tağıyev qəsəbə sahə xəstəxanasında, Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında, Sumqayıt şəhər Birləşmiş uşaq xəsətəxanasının Cərrahiyyə şöbəsində əmək fəailiyyətinə davam edib.

2001-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb və əmək fəailiyyətinə Azərbaycan Tibb Universitetinin tələbə poliklinikasında davam edib.

2012-ci ildə yazıb saxladığı əsərlərini nəşr etdirməyə qərar verib.

Ailəlidir, üç övladı var.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Arzulara aparan yol" Bakı, QANUN Nəşriyyatı, 2022, 200 səh.
  • “Lövhədəki yazı” Bakı. “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2014. 192 səh.
  • “Əjdaha mağarası” Bakı. “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2014. 216 səh.
  • “Bir damla ümid” Bakı. “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2013. 272 səh.
  • “İstəyərək ayrılmışdıq” Bakı. “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2013. 240 səh.
  • “Yaşanılmayan illər” Bakı. “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2013. 320 səh.

Hekayələri[redaktə | mənbəni redaktə et]

Məqalələri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]