Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir . Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır.
Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar. Həmçinin, Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolunun da bu şəhərdən keçməsi şəhər iqtisadiyyatına müsbət təsir göstərir .
Sarh şəhəri Konqo-Okean dəmiryolu xəttinin tikintisi zamanı yaradılmış əmək düşərgəsinin yerində, fransızlar tərəfindən yeni şəhər olaraq salınmışdır. Şəhər bu gün də bölgənin əsas nəqliyyat qovşağıdır və pambıq sənayesinin mərkəzidir. 1990-cı ildə, şəhərdə yoluxucu meninqokok infeksiyası müşahidə olunmuşdur.
Sarh Havalimanı və Milli Muzeyi.
Şerburq-Oktevil, Fransa