Sarkomastiqaforlar

Sarkomastiqoforların hərəkət orqanoidləri yalançı ayaqlar və ya qımçılardır. Sarkomastiqoforlar iki sinfi özündə birləşdirir: Sacodinlər və qamçılılar.

Sarkodinlər sinfinə aid olan heyvanlar yalançı ayaqlara malik olurlar. Əksəriyyəti sabit bədən formasına malik deyil. Bəzi növlərdə bədən kirəc çanaqla örtülü olur. Yalançı ayaqlar hərəkətə və qidanın tutulmasına xidmət edir. Sarkodinlərdə qidanın qəbul edilməsi və həzm olunmamış qida qalıqlarının orqanizmdən xaric olunması bədən səthinin istənilən yerindən baş verir. İfrazat məhsulları (maddələr mübadiləsinin son parçalanma məhsulları) yığılıb-açılan qovuqcuq vasitəsilə həyata keçirilir.