Saru Brayli

Saru Brayli — Saroo 5 yaşında öz ailəsindən ayri düşmüş avstraliyali biznesmendir. O, avstraliyalı cütlük tərəfindən övladlığa götürülmüş və yalnız 25 ildən sonra öz bioloji anasını tapa bilmişdir. Onun həyat hekayəsi bir çox media orqanlarının xüsusilə Hindistan ve Avstraliya metbu orqanlarının diqqetini cəlb etmişdir.

Saru Brayli
Saroo Brierley
Doğum tarixi
Doğum yeri Hindistan
Vətəndaşlığı avstraliyalı
Milliyyəti Hindistanlı
Fəaliyyəti yazıçı
saroobrierley.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun şəxsi həyatından bəhs edən avtobioqrafik kitabı “A long way home” – Avstraliyada 2013, beynəlxalq səviyyədə isə 2014–cü ildə nəşr edilmişdir. 2016-cı ildə Nikol Kidmanın övladlığa götürdüyü anası Suu Brayli rolunu canlandırdığı “Lion” filmi bu kitabin əsasında səhnələşdirilmişdir.

Saru Brayli Madhya Pradeş şəhərinə qonşu olan Ganeş-Talai qəsəbəsində anadan olmuşdur. O, uşaq olarkən atası tərəfindən tərk edilən ailəsini anası böyük kasıbçılıq içərisində böyütmüşdür. İnşaatda çalışan anası ailəsini dolandırmaq üçün kifayət qədər qazana bilmir və həmçinin onları məktəbə göndərə bilmirdi. 5 yaşlı Saru ve qardaşları Quddu ve Khalu qatar stansiyalarında yemək və pul üçün dilənirdi. Qardaşı Quddu bəzən qatar vaqonlarını təmizləməklə də məşğul olurdu.

Bir gün Quddu Khandwa şəhərindən 70 km cənubda yerləşən Burhanpur şəhərinə qatarla gedərkən Saroo da onunla birlikdə getmək istədiyini bildirir. Qatar Burhanpur şəhərinə çatanda Saroo yorğun düşür və platformada olan bankların birində yuxuya gedir, qardaşı Quddu ona həmən yerde gözləməsini və ən qısa zamanda geri qayıdacağını deyir. Lakin Quddu geri qayıtmır. Saroo yuxudan oyanır və ətrafda heç kimin olmadığını ve qardaşının gəlmədiyini görür. Saroo stansiyada olan boş qatarı görüb, qardaşının orada olacağını düşünür və qatara minir. 5 yaşlı Saru qatardan çıxa bilmir ve orada yuxuya gedir. Yuxudan ayılanda isə artıq saatlar keçmişdir ve Saru oz evindən 1500 kilometr uzaqda Kəlkəttə şəhərində idi. Qardaşı Quddu isə elə həmən gün qatarın altında qalaraq həyatını itirmişdi.

Saru bir neçə dəfə geri qayıtmağa cəhd etsə də, buna nail ola bilmir. O, bir neçə həftə Howrah qatar stansiyasında qalmalı olur. O, küçədə, zibilliklərdə tapdığı tullantılarla qidalanaraq həyatda qalmağa çalışır ve stansiyalarda olan oturacaqların altında yatırdı. Kəlkətə küçələrində həyatda qalmağa çalışan Saroo bir gün dəmiryolu işçisi tərəfindən tapılır. Işçi tərəfindən ona yemək ve sığınacaq verilir. Lakin Saru həmən işçinin onu bashqa bir adamla tanış etməsindən sonra nəyinsə düzgün olmadığını hiss edir və həmən yerdən qaçmağa nail olur.


Bir müddət sonra Saru bir gənc tərəfindən polis mərkəzinə gətirilir və onun itkin düşməsilə bağlı polisə məlumat verilir. Lakin bunun heç bir faydası olmur. Nəticədə Saru itkin düşmüş və kimsəsiz uşaqların saxlanıldığı dövlət mərkəzinə göndərilir. Bir müddet keçəndən sonra Saru Hindistan Hamilik və Uşaqların Övladlığa götürülməsi cəmiyyətinə göndərilir. Bu cəmiyyətin işçiləri tərəfindən onun ailəsinin yeri müəyyənləşdirilməyə çalışsalar da Sarunun ailəsi barədə kifayət qədər məlumatı olmaması səbəbindən buna nail olunmur ve Saru rəsmi olaraq itkin düşmüş uşaq statusu alır və bir müddət sonra o, Avstraliyalı Brayli ailəsi tərəfindən övladlığa götürülür.

Bütün bunlarla yanaşı Sarunun anası Kamla Munşi oğullarının axtarışını davam etdirir. Bir neçə həftə sonra polis ona oğlu Quddunun cansız bədəninin Burhanpur stansiyasindan 1 kilometr kənarda tapıldığını bildirir. Anası bundan sonra bütün gücünü qatar stansiyalarında oğlu Sarunun axtarışına sərf edir, lakin onun bu səyləri də nəticəsiz qalır.

Ailəsinin axtarışında

[redaktə | mənbəni redaktə et]

Saru Hobart Avstraliyali ailə tərəfindən böyüdülür. Onun övladlığa götürən ailə digər hindli oğlan uşağı Mantuşu da övladlığa götürür. Saru ingilis dilini öyrənir və öz Hind dilini tezlizlə unudur.

O, Kanberrada yerləşən Avstraliya Beynəlxalq Otelçilik məktəbinde biznes ve otelçilik ixtisası üzrə təhsil alır.


O, yetkinlik çağlarında vaxtının çox hissəsini Google Earth proqramında Hovrah stansiyasından gedən dəmir yolu xətlərini izləyib, öz ailəsini axtarmaqla keçirirdi. Burhanpur dəmiryolu stansiyasının ətrafındaki əsas tikililərlə bağlı əmin olmagda çətinlik çəkdiyi xatirələrinə güvənsə də stansiyanın B hərfi ilə başlamasından savayı ağlına heçnə gəlmirdi, 2011-ci ildə gecə saatlarında xəritədə kiçik bir dəmiryolu xətti onun diqqətini cəlb etdi ve bu yer onun burada boş vaqona minərək evindən uzaqlaşdığı yerə çox bənzədi. Bu yer Burhanpur stansiyası idi və stansiyanın adı onun ushaqlığından gələn xatirələrindəki ada çox yaxın idi. O, peyk şəkilləri vasitəs ilə şimalda olan dəmir yollarını izləyərək Khandja şəhərini tapir. O, bu şəhərin adını xatırlamır, lakin şəkillərdə görünən dəmiryolu relslərinin yanında yerləşən fontan ona tanış gəlir. O, bu yollardan kechərək özünün və ailəsinin yaşadığı yeri müəyyənləşdirməyə nail ola bilir.

Bundan sonra o, Facebookda Khandva şəhərində yaradılmış qrup tapır və bu qrup Khandva şəhərinin onun öz doğma şəhəri olduğuna dair inamını daha da artırdı.

Hindistana yollanan Saru Khandva şəhərinə gəlir və burada sakinlərdən 25 il öncə oğlunu itirən ailəni soruşmağa başlayır. O, uşaqlıqda Hobard şəhərində çəkilmiş şəklini sakinlərə göstərir. Yerli camaat onu tezliklə doğma anası, bacısı Shekilla, məktəbdə müəllim və fabrikdə menecer olan qardaşı Kallu ilə görüşdürür. Saru itkin düşdükdən və qardaşı Guddu öldükdən sonra anası qardaşı Kallunu məktəbə göndərə bilmişdi. Bu görüş Hindistan və beynəlxalq media nümayəndələri tərəfindən geniş şəkildə əhatə olunmuşdu.

Saru hələ də Hobart şəhərində yaşamağa davam edir. Saroo Hindistana qayıtmış və ailəsinə dəfələrlə baş çəkmişdir. Hindistanlı ailəsi onunla Kallunun qonşularından birinin evindəki komputerdən yararlanaraq müntəzəm olaraq əlaqə saxlaya bilir.

2013-cü ildə A Long Way Home (Penguin Australia), adlı kitabını nəşr etdirmişdir. Kitabda Sarunun 5 yaşında itkin düşməsi, Avstraliyalı ailə tərəfindən övladlığa götürülməsindən və doğma ailəsini axtarmağından bəhs edilir.

Garth Davisin rejisorluğu və Dev Patel, Nikol Kidman və Runi Maranın iştirakı ilə 2016-cı ildə Lion avtobioqrafik filmi səhnələşdirilmişdir.

[1] [2] [3] [4]

  1. "Arxivlənmiş surət". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  2. "Arxivlənmiş surət". 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  3. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  4. "Arxivlənmiş surət". 2016-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.