Sarvan Əli oğlu Mirzəyev (1 yanvar 1995; Zevin, Yardımlı — 11 noyabr 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi.
Sarvan Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zevin, Yardımlı rayonu, Azərbaycan Respublikası |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Biləsuvar rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Şuşa döyüşü |
Təltifləri |
Sarvan Mirzəyev 1 yanvar 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuşdur.
Sarvan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlər zamanı həlak olmuşdur.
Sarvan Mirzəyev 11 noyabr 2020-ci ildə Biləsuvar rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]