Sasaki Takauci (佐々木 高氏?, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉?) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi.[1]
Sasaki Takauci | |
---|---|
yap. 佐々木 高氏 yap. 佐々木 道誉 | |
Doğum tarixi | ən geci 1306 |
Vəfat tarixi | 12 sentyabr 1373 |
Fəaliyyəti | Samuray |
Vikianbarda əlaqəli mediafayllar |
Sasaki Takauci Omi əyalətində[a] tanınmış döyüşçü ailəsində doğulmuşdur.[1] Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir.[1] O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir.[1]
Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur.[1]
Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur.[1] XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur.[1]