Savoyyada italyan irredentizmi

Savoyyada italyan irredentizmi (italyanca:Irredentismo italiano in Savoia) — XVIII əsrdən təşəkkül tapmağa başlayan İtalyan irredentizminin yayıldığı yerlərdən biri. Savoyyadakı italyan irredentistləri buranı İtaliya krallığına birləşdirməyə çalışırdılar.

Savoyyalı italyan irredentistləri İtaliya krallarının mənsubu olduğu Savoyya sülaləsi ilə xüsusi bağları olduğunu düşünməkdə idilər. Savoyya gələcəkdə italyan kralları olacaq sülalənin ilk qaynağı olan Savoyya hersoqluğunun əsas bölgəsi idi. İntibah dövründən etibarən bu bölgədən Piedmont vilayəti idarə edilmiş və paytaxt Şamberi şəhəri olmuşdur. XV əsrdən etibarən bölgənin rəsmi dili fransız dili idi. Bölgə inzibati baxımdan Savoyya Propre, Çablais, Fauciqni, Cenevois, Maurienne və Tarantaise məntəqələrinə bölünmüşdü.[1][2]

İtaliya hakimiyyəti altına alınmış Savoyya torpaqları yaşılla rəngləndirilmişdir.

1860-cı ilin yazında Fransadan bölgədə keçirilən referendumdan sonra oranı ilhaq etdi və inzibati sərhədlər dəyişdirildi. Cüzeppe Haribaldi referendumla Savoyya və Nitsa bölgələrinin Fransaya birləşdirilməsinə qarşı çıxırdı. Refendumla bölgələr ilhaq edildikdən sonra hər iki yerdən xeyli sayda insan köç etdi. 1919-cu ildə Fransa həm Vyana kpnqresinin qərarlarına zidd olaraq bölgəni hərbiləşdirdikdən, həm də əvvəlcə imzalanmış müqavilənin ziddinə olaraq azad ticarət bölgəsini ləğv etdikdən sonra savoyyalılar buna etiraz etdilər. Fransa 1932-ci ildə Turin razılaşmasının SavoyyaNitsa ilə bağlı maddələrinə əməl etməydiyi üçün beynəlxalq məhkəmə tərəfindən qınandı. Hələ 1871-ci ildə Savoyyanın mərkəz və şimal hissəsində Fransaya qarşı güclü müqavimət formalaşmışdı. Bonneville məntəqəsinin Respublikaçı Komitəsi hesab edirdi ki, 1860-cı il referendumu imperial təzyiq altında keçirilmişdir və bölgənin həqiqi iradəsini əks etdirməməkdədir. Onlar yeni referendum keçirilməsinə çağırırdılar, buna cavab olaraq Fransa bölgəyə 10 minlik ordu göndərdi və nizamı bərpa etdi.[3]

1861-ci ildə İtaliyada "Associazione Oriundi Savoiardi e Nizzardi Italiani" yaradıldı. Bu təşkilat savoyyalı italyanlarla yaxın əlaqədə idi və 1966-cı ilə qədər fəaliyyət göstərmişdir. 1940-cı illərin əvvəlində İtaliya faşistlər tərəfindən idarə edilərkən Savoyyanın İtaliya krallığına birləşdirilməsini tələb edən təşkilatlar yaradıldı. 1942-ci ildə belə təşkilatlardan birinin üzvü 100 nəfərdən çox idi və Qrenöbl ilə Şamberi bölgəsində cəmlənmişdi.[4] 1942-ci ilin noyabrında İtaliya ordusu Savoyyanı ələ keçirərkən iddialara görə 10 min savoyyalı şəxs nümayiş keçirərək bölgənin İtaliya krallığına birləşdirilməsini tələb etdilər. Lakin İtaliya krallığı buna qarşı olduğu üçün bu həyata keçirilmədi.[5] İkinci Dünya müharibəsindən sonra italya irredentisti olan Savoyyadakı bütün təşkilatlar Şarl de Qoll tərəfindən qadağan edildi. Sağ qalmağı bacarmış italyan irredentislərinin tşkilatları 1950 və 1960-cı illər boyunca muxtariyyət uğrunda mübarizə aparmışdırlar. Bunlara misal olaraq, Savoyya Regional Hərəkatını (Mouvement Région Savoie) göstərmək olar.[6][7][8]

1940-cı ildə ilk dəfə italyan irredentistləri Savoyyada istəklərinə nail oldular. Onlar Alp dağları boyunca bəzi kiçik bölgələri İtaliya krallığına birləşdirdilər. Bu bölgələrin ümumilikdə sahəsi 832 km² idi və orada 25 min əhali yaşamaqdaydı.[9] 1942-ci ilin noyabrında "Anton əməliyyatı"[a] zamanı İtalyan Kraliyyət Ordusu özünün işğal zonasını böyütdü. İtalyan ordusu Qrönoblun, Nitsanın, Rona çayının deltasını və demək olar ki, bütün Savoyyanı ələ keçirdi. Savoyyadakı bütün məktəblərin italyanlaşdırılmasına başlanıldı, lakin bu heç bir zaman tam olaraq sonlandırılmadı. Yalnız bir neçə italyan savoyyalılar könüllü şəkildə italyan ordusuna yazıldılar, Qara köynəklilər kimi təşkilatlar da bu prosesdə aktiv iştirak edirdilər. Savoyyadakı irredentist italyanların çoxu aktiv şəkildə öz bölgələrindəki yəhudilərə yardım etmişdilər. Bu bölgə yəhudilərə qarşı sərt siyasət izləyən Vişi Fransasından qaçmış bir çox yəhudi üçün sığınacaq rolu oynamaqda idi.[11] Savoyyanın İtaliyaya birləşdirilməsi Qrenobl savoyyalıları kimi icmalar tərəfindən tam dəstəklənsə də, bu həyata keçirilmədi. Çünki 1943-cü ilin sentyabrında Nasist Almaniyası Savoyyanı ələ keçirdi və bu vəzifədə İtaliyanı əvəzlədi.[5]

Savoyyard dialekti

[redaktə | mənbəni redaktə et]

Savoyyard tarixən Arpitan dilinə yaxın olar şivədə danışmaqda idilər. Bu danışılan ləhcəyə Savoyyard dialekti deyilməkdədir. Arpitanca Fransada, İsveçrədə və İtaliyada danışılmaqdadır. Hər bir halda, fransızca hal-hazırda bölgədə hakim dildir. Bu dildən əsasən Fransanın Savoyya, Yuxarı Savoyya bölgələrində danışılmaqdadır. Bu dildən istifadə edənlərin sayı hal-hazırda təxminən 35 min nəfərdir.[12][13]

1942-1943-cü illərdəki faşist hakimiyyəti zamanı italyan hakim dairələri Savoyyanın bütün əhalisinin italyanlaşdırılması üçün çalışsalar da, buna nail ola bilmədilər. Bu proses əsasın Savoyard dialektinin italyanca ilə əvəz edilməsi vasitəsiylə həyata keçirilirdi.[14]

  1. Coquet, 2003. səh. 190, 372
  2. Herbermann, 1913
  3. Wambaugh, 1920. səh. 599
  4. Rodogno, 2005. səh. 89–92
  5. 1 2 Vignoli, 2000. səh. 130
  6. "Text of "Bollettino" from the Savoiardi association". Stream Bollettino. İstifadə tarixi: 21 yanvar 2023.
  7. "Mouvements Régionalistes de Savoie". www.sav.org. 2005. 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2023.
  8. "Mouvement Région Savoie Official Site". www.regionsavoie.org. 2012-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2023.
  9. Militärgeschichtliches Forschungsamt. Germany and the Second World War - Germany's Initial Conquests in Europe. II. səh. 311.
  10. Schreiber, 1990. səh. 827
  11. Paxton, 1972
  12. Geneviève Vernes. Le francoprovençal, langue oubliée, Gaston Tuaillon in Vingt-cinq communautés linguistiques de la France. I. L’Harmattan.
  13. "Arpitan". www.ethnologue.com. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2023.
  14. Jean-Louis Panicacci. "Occupation italienne". nicerendezvous.co. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2023.
  1. Vişi Fransasına qarşı Almaniya ailə İtaliyanın birlikdə təşkil etdiyi hərbi əməliyyat nəzərdə tutulur. Bu əməliyyat nəticəsində Vişi hökumətinin nominal müstəqilliyinə də son qoyulmuşdur.[10]