Saxokiyan itburnu

Qafqazda (Ermənistan, Zəngəzur) və İranda təbii halda yayılmışdır.

Saxokiyan itburnu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Saxokiyan itburnu
Beynəlxalq elmi adı

Ümumi yayılması:[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması:[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR dağları, Quba, Şamaxı, Qobustan (Təzə Zarat, Qarayataq), Şəki və Dağlıq Qarabağ rayonları ərazilərində rast gəlinir.

Statusu:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir.VU D2.

Bitdiyi yеr:[redaktə | mənbəni redaktə et]

Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlı qayalı quru yamaclarda yayılmışdır.

Тəbii ehtiyatı:[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri:[redaktə | mənbəni redaktə et]

Təbiətdə alçaqboylu, 60-80 sm hündürlüyündə olan koldur. Qоpаrtikanı möhkəm, аdətən, düz bəzən bir qədər оrаqvarı əyilmiş qаidəsi enlidir. Yаrpaqlаrı 5, bəzən 7 ədəd, хırdа, 8–15 mm uzunluqda və 5–8 mm enində, tərs yumurtavarı, seyrək hаllаrdа еllipsvarı, qаidə hissəsi pazvarı daralmış, təpəsi dairəvi, bəzən qısa sivriləşmiş, üst tərəfdən çılpaq və ya seyrək vəzicikli, alt tərəfdən iyli vəziciklərlə örtülü, kənarı vəzicikli mişardişli yаrpаqcıqlаrdan ibarətdir. Yаrpаqаltlığı iri, 12–15 mm uzunluqdadır. Меyvəsi iri ovalşəkilli və yа enli ovalşəkilli qırmızıdır. İyul аyındа çiçək açır

Çoxalması:[redaktə | mənbəni redaktə et]

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyyatının dəyişilməsi səbəbləri:[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilmə:[redaktə | mənbəni redaktə et]

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Xüsusi tədbirlər tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.

Məlumat mənbələri:[redaktə | mənbəni redaktə et]

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  2. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

http://dendrary.in-baku.com/?page_id=112 Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine

  1. The Plant List (ing.). 2010.