Saylisao

XVII əsrdə Yan Layju tərəfindən yaradılmışdır. Dinin tərəfdarları konfusiçiliyin təbliğ etdiyi əxlaqi normalara riayət edir, tütün məmulatları və alkoqol qəbul etmirlər. XIX əsrin sonu, XX əsrin əvvəllərində Saylisao Çinin şimal əhalisi arasında kifayət qədər geniş yayılmışdır. Kommunist Partiyası hakimiyyətə gəldikdən sonra din ardıcıllarının kortəbii şəkildə Tayvana köçməsi, icma rəhbərlərinin isə Çini tərk etməsinə qadağa qoyulması, uzun müddət bu dinin Tayvanda nüfuz qazana bilməməsinə səbəb olmuşdur. Yalnız 1950-ci ilin mayında daxili işlər nazirliyində qeydiyyatdan keçdikdən sonra onun fəaliyyətində irəliləyişlər baş vermişdir. Saylisaonun ideyalarına hörmətlə yanaşan və mütəmadi olaraq, onun keçirdiyi tədbirlərdə iştirak edən istənilən din mənsubu onun üzvü ola bilər. Hazırda Tayvanda Lisao adı altında fəaliyyət göstərir.