Sayokan

Sayokan Türk millətlərinin ortaq döyüş sənətidir.

"Sayokan" sözünün mənası — "SAvaşçının (döyüşçünün) YOlu və KANı (Qanı)" cümləsindəki sözlərin baş hecalarının birləşməsindən yaranıb. SAvaşçı (döyüşçü) sözü ilə ağıl və bədən gücünü istifadə edə bilmə qabiliyyəti və intizam; YOlu sözü ilə sülh, çalışqanlıq, sevgi, hörmət, adət və ənənələr; KANı (Qanı) sözü ilə də tarixdəki qəhrəmanların birliyi, davamiyəti əks olunur.

SaYoKan dünya döyüş sənətləri arenasında türk millətinin səciyyəsini, qabiliyyətlərini əks etdirən türk döyüş sənətidir. Döyüş sənətləri sahəsində kölə asılılıqdan xilas olma nöqtəsində gücünü, fərqliliyini ortaya qoyan bir döyüş sənətidir.