Sazakan — türk ve altay mifologiyasında Qasırğa Cini. Yaz mövsümündə buludların arasında gəzir. Baharda yağışdan əvvəl ortaya çıxır. Əjdahaya bənzəyən böyük bir varlıqdır. Buynuzları vardır. Heç gözlənilməz bir qar fırtınası və tipi bastırırsa və ya birdən yağış başlayarsa "Sazakan oynayır" deyilər. Yağışı gücləndirir, şimşəyin daha şiddətli çaxmasına səbəb olar. Çox çox oynasa ağaclar kökündən sökülür, evlər yıxılar. Sonra yerin altına girib itər. Girdiyi yerdə dərin bir çuxur meydana gələr.