Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Sedum maximum (L.) Hoffm. — Böyük dovşankələmi (Meksika kələmi, çalarlı dovşankələmi, qayaotu)
Sedum maximum | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sedum maximum |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik sukkulent ot bitkisi olub,hündürlüyü 80 sm-ə qədər, qısa kökümsov və qalınlaşmış iyşəkilli, milşəkilli kökdən ibarətdir. Gövdəsi tək, düzqalxan, 40–80 sm hündürlüyündədir. Yarpaqları növbəli və qarşı-qarşıya, oturaq, ellipsşəkilli, ürəkvari, bütövkənarlı, bəzən 1–2 dişcikli olub, lətlidir. Çiçəkləri kiçik, ağımtıl-çəhrayı, 6–10 sm diametrində, sıx, qalın, qalxanşəkilli-süpürgəvarı çiçək qrupunda toplanmışdır. Meyvələri çoxyarpaqlı olub, düz və yaşıl yarpaqlardan ibarətdir. Toxumları uzunsov-yumurtavari, uzunluğu 0,5 mm-ə qədərdir. İyul-oktyabr aylarında çiçəkləyir, yayın ortalarından payızın sonuna qədər meyvələri yetişir.[1]
Kolluqlarda, talalarda, meşə kənarında, yarğanlarda, qayalarda, quru qumsal və daşlı-xırlı torpaqlarda bitır.
Bitki çiçəkləyən zaman (avqust) təzə halda yığılır və xammal işlənildikdən sonra preparat hazırlanır. Bu zaman bitkinin tərkibində maksimal miqdarda bioloji aktiv maddələr olur. Bitkinin yalnız quru havada, yaxşı olar ki, səhər şeh çəkildikdən sonra toplanılması məqsədəuyğundur. Bitki bıçaqla kəsildikdən sonra yığılmalı və dərhal işlənilməlidir.[1]
Bitkinin köklərinin toplanılması yolverilməzdir.
Xammala butonla birlikdə yarpaqlı gövdəsi, çiçək və yetişməmiş meyvələri aiddir.[1]
Yerüstü hissələrinin şirəsinin tərkibində oksalat, limon və alma turşusu, flavonoidlər (kverçetin, izoramnetin, kempferol, mirçetin və qlükozidlər) və alkaloid izləri vardır.
Famakoterapevtik qrup. Biostimulyator, tonuslandırıcı və iltihabəleyhinə dərmanlar.[1]
İltihabəleyhinə, ümumi tonuslandırıcı dərmandır. Toxumaların regenerasiyaedici stimulyatorudur.
Bitkinin sulu ekstraktı biostimulyator xassəyə malikdir. Bu maddələr mübadiləsi və regenerasiya proseslərini sürətləndirir, ümumi tonuslandırıcı və iltihab əleyhinə təsir göstərir. "Biosed" adlı preparatını bir neçə dəfə əzələ daxilinə yeritdikdən sonra qanda zülalın ümumi miqdarı artır, albumin və qlobulin fraksiyasının normal münasibəti bərpa olur, qalıq azotun miqdarı normallaşır və qanda fibrinogenin miqdarı artır. Bitkinin dəmləməsini qəbul etdikdə borulu sümüklərin regenerasiyası stimullaşır. Eksperimental yolla öyrənilmişdir ki, bitkinin tərkibindəki fenol birləşmələri qanda adrenalinin miqdarını artırır.[1]
Tibb sənayesində bitkinin sulu ekstraktı olan "Biosed" preparatı keyfiyyətli biogen biostimulyator kimi süstlük, kəsalət baş verən hallarda, ağır travmalarda və qanitirmələrdə müvəffəqiyyətlə təyin edilir. Preparatın təyini zamanı zülal mübadiləsi stimullaşır, yanıqlarda və göz xəstəliklərində toxuma regenerasiya edir, mədə və onikibarmaq bağırsağın xora xəstəliyində, sümüklərin sınıqları və parodontoz zamanı işlədilir. Yeni törəyən şişlərdə əks göstəriş sayılır.[1]