Günlərin birində balaca oğlan çərpələng uçurarkən onun çərpələngi gözlənilmədən yerə düşür. Sən demə, qanadı sınmış bir kəpənək həmin çərpələngin üstünə qonubmuş. Kəpənək dil açıb oğlana deyir ki, mənim qanadımı yalnız sehrli gülün ləçəyi sağalda bilər. Oğlan həmin gülün ləçəyini tapıb kəpənəyin qanadını sağaldana kimi başına çoxlu əhvalatlar gəlir.
Sehrli ləçək | |
---|---|
Janr | uşaq |
Rejissor | Əsgər Məmmədov |
Ssenari müəllifi | Eldəniz Quliyev |
Operator | Ramiz Ağayev |
Bəstəkar | Azər Dadaşov |
Rəssam | Tahir Piriyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1983 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Ölkə | SSRİ |
İl | 1983 |
Texniki məlumatlar | 35 mm |
Rəng | rəngli |
Bu alleqorik nağılda insanla təbiətin qarşılıqlı əlaqəsindən, insanın ətrafındakılara qarşı diqqətli olmasından, xeyirxah əməllərindən bəhs edilir.