Seksual kimlik

Cinsi kimlik və ya seksual kimlik — bir insanın romantik və ya cinsi əlaqəyə cəlb olunduğu şəxs məsələsində özü haqqında necə düşünməsi.[1] Cinsi kimlik cinsi oriyentasiya kimliyinə də aid edilə bilər. Bu, özünü hansısa bir cinsi oriyentasiya ilə identifikasiya edən və ya etməyən insanlara aiddir.[2] Cinsi kimlik və cinsi davranış cinsi oriyentasiya ilə yaxından əlaqəlidir, lakin fərqlənir.[1] Kimlik fərdin özünün anlayışına, davranış fərdin həyatda keçirdiyi faktiki cinsi hərəkətlərə, cinsi oriyentasiya isə əks cins və ya genderdən, eyni cins və ya genderdən, hər iki cins və ya daha çox gendərdən olan insanlara, ya da heç kəsə qarşı romantik və ya cinsi cazibədarlıqlara aiddir.

Tarixi cinsi kimlik modelləri bunun formalaşmasını yalnız cinsi azlıqların keçirdiyi bir proses kimi qiymətləndirməyə meylli olmuşdur. Buna baxmayaraq, müasir modellər bu prosesi daha universal hesab edir və cinsi kimliyi digər əsas kimlik nəzəriyyələri və proseslərinin daha geniş əhatəsində təqdim etməyə çalışırlar.[3]

  1. 1 2 Reiter L. "Sexual orientation, sexual identity, and the question of choice". Clinical Social Work Journal. 17 (2). 1989: 138–50. doi:10.1007/BF00756141.[1] Arxivləşdirilib 2022-03-10 at the Wayback Machine
  2. "Appropriate Therapeutic Responses to Sexual Orientation" (PDF). American Psychological Association. 2009. 63, 86. June 3, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: February 3, 2015. Sexual orientation identity—not sexual orientation—appears to change via psychotherapy, support groups, and life events.
  3. Dillon, F. R., Worthington, R. L., & Moradi, B. (2011). Sexual identity as a universal process In S. J. Schwartz, K. Luyckx, & V. L. Vignoles (Eds), Handbook of identity theory and research (Vols 1 and 2), (pp.649-670). New York, NY: Springer Science + Business Media