Səlcuq Universiteti — 1975-ci ildə Konyada fəaliyyətə başlayan dövlət universiteti.[3]
Səlcuq Universiteti | |
---|---|
Selçuk Ünivesitesi[1] | |
38°01′48″ şm. e. 32°30′36″ ş. u. | |
Şüar | Dəyişən və dəyişdirən universitet |
Əsası qoyulub | 1975 |
Tip | ali təhsil müəssisəsi |
Rektor | Prof. Dr. Mustafa Şahin |
Tələbə sayı | 85 000 |
Şəhər | Konya |
Ölkə | |
Sayt | selcuk.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Konyada universitetin açılması 1955-ci ildə gündəmə gəlmişdir. Bu tarixdə Türkiyə Böyük Millət Məclisində universitetlə bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsini deputatların yarıdan çoxu imzalasa da, Milli Təhsil Komissiyasından keçməyib.
1962-ci ildə Konya, Türkiyə Respublikası Təhsil Nazirliyinə bağlı Səlcuq Təhsil İnstitutu və Ali İslam İnstitutu ilə universitetə sahib olmaq yolunda ilk böyük addımı atdı. Daha sonra bu addımı gücləndirmək və inkişaf etdirmək məqsədi ilə 1968-ci ildə Konyada universitetin yaradılması və davam etdirmə dərnəyi yaradıldı. Nəhayət, bugünkü Mühəndislik və Memarlıq fakültəsinin özəyini təşkil edən Mühəndislik və Memarlıq Kollecci yaradıldı. Binası, sinif otağı, işçi heyəti və büdcəsi olmasa da, 1970-1971-ci tədris ilində Uşaqların Müdafiəsi Agentliyinə (Gəzi Liseyi) aid binada xidmətə başlayan bu kollec, 5 iyul 1971-ci il tarixli və 1418 saylı qanunun 9-cu maddəsinə əsasən Konya Dövlət Memarlıq və Mühəndislik Akademiyası adını aldı.[4]
1982-ci il Səlcuq Universiteti üçün sıçrayış ili oldu. 20 iyul 1982-ci il tarixində 41 saylı Qanun Fərmanı ilə universitetin nüvəsini təşkil edən Fənn və Ədəbiyyat fakültələri birləşdirilərək Fənn-Ədəbiyyat fakültəsi qurulmasına, Səlcuq Ali Müəllimlər Məktəbinin Təhsil fakültəsinə çevrilməsinə, Konya Dövlət Mühəndislik-Memarlıq Akademiyasının Mühəndislik-Memarlıq fakültəsinə çevrilməsinə, Konya Ali İslam İnstitutunun İlahiyyat fakültəsi çevrilməsinə, Hüquq, Tibb, Kənd Təsərrüfatı və Baytarlıq fakültəsinə çevrilməsinə, Səhiyyə, Elm və Sosial Elmlər İnstitutların qurulmasına, Xarici Dillər Məktəbi ləğv edilərək Konya Peşə Məktəbinə çevrilməsinə, Niğdədə Niğdə Peşə Məktəbinin yaradılmasına, Qız İncəsənət Ali Müəllim Məktəbinin Qızlar üçün İncəsənət Təhsili Kollecinə, Niğde Təhsil İnstitutunun Ali Təhsil Məktəbinə çevrilməsinə qərar verildi. 41 saylı Qanun Fərmanı ilə eyni zamanda 8 fakültə, 4 kollec və 3 institut səviyyəsinə çatmışdır.