Seladon — orta əsrlərdə Çində geniş istehsal olunan yaşılımtıl rəngli qablar. Varlı təbəqə tərəfindən dövrünün ən çox tələb olunan mallarından sayılırdı. Qabların özünəməxsus göstəricisi onda idi ki, içinə zəhərli yemək qoyularkən qırmızı və ya narıncı rəng alardı. Məhz bu özəlliyi sayəsində o zamanın xarici dövlət rəhbərləri tərəfindən göndərilən xüsusi sifariş siyahısında daimi yer almışdı.