Selikli qişa

Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü membran olub, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir.

Selikli qişa
Mədənin selikli qişası (açıq çəhrayı) və selikaltı qat (tünd çəhrayı).

Mədənin selikli qişası (açıq çəhrayı)

və selikaltı qat (tünd çəhrayı).
Qida borusunun kəsiyi
Qida borusunun kəsiyi
Latınca tunica mucosa
Qrey subyekt 242 1110
Dorlands/Elsevier Mucous membrane
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur.

Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür.

Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığıuşaqlıq yolunu örtür.
Selikaltı qat - lat. tela submucosa boş birləşdirici toxumadan əmələ gəlmişdir, burada artıq miqdarda damalar, sinirlər, piy toxuması, vəzilər və limfoid ünsürlər vardır. Selikaltı qat selikli qişanı əzələ təbəqəsilə birləşdirir və selikli qişanın əzələ səfhəsi yığıldıqda selikli qişada bir çox büküşlər - lat. plicae mucosae əmələ gətirir. Bəzi nahiyələrdə selikaltı qat olmur, belə olduqda selikli qişa bilavasitə əzələ qişası ilə birləşir və nəticədə selikli qişada büküşlər əmələ gəlmir. Selikli qişanın epitel təbəqəsinin başlıca vəzifələrindən biri selik - lat. mucus ifraz etmək, qida maddələrini və suyu sormaqdır. Selikli qişanı örtən epiteldən vəzilər - lat. glandulae inkişaf edir, odur ki bunlar selikli qişa törəmələri hesab olunur.

Vəzilərdən başqa selikli qişada limfoid ya tor (retikulyar) toxumadan təşkil olunmuş limfa follikullarına - lat. folliculi limphatici təsadüf edilir. Bunlar ya tək-tək (lat. folliculi limphatici solitarii), ya yığıntı (lat. folliculi limphatici aggregati), ya badamcıq (lat. tonsilla) şəklində olur və qanyaradıcı üzvlərə aiddir.

  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, səhifə 10, "MAARİF" Nəşriyyatı, Bakı - 1979
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)