Sellüloza

Sellüloza β-D-qlükozada

Sellüloza (lat. cellula) — təbiətdə əsasən bitki aləmində geniş yayılmış polisaxarid olub, tərkibi [С6Н7О2(OH)3]n formulu ilə ifadə olunur. Yaşıl bitkilərin və eləcə də əksər yosunlar və oomisetlərdə hüceyrə divarının əsas kompanenti sellüoza hesab olunur.

Sellüloza nişastaya nisbətən daha çox yayılmış karbohidratdır. bitki hücüyrələrinin qılıfları sellülozadan ibarətdir. Quru ağacda 60%-ə qədər, pambıq və süzgəc kağızında isə 90%-ə qədər sellüloza olur.

Molekul kütləsi bir neçə milyona çatır. Makromolekulları yalnız xətti quruluşa malikdir. Bir istiqamətdə yerləşərək onlar lif əmələ gətirir (kətan, pambıq və s.)

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Təmiz sellüloza ağ, bərk maddədir, suda və adi üzvi həlledicilərdə həll olmur, mis 2-hidroksidin ammonyakda məhlulunda (Şveyser reaksiyası) yaxşı həll olur. Sellülozanın həll olmamasının səbəbi onun makromolekulları arasında başqa həlledicilərin qıra bilmədiyi, çoxlu sayda hidrogen rabitələrinin olmasıdır.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Sellüloza yaxşı yanır:

(C6H10O5)n + 6nO2 -> 6nCO2 + 5nH2 O

Havasız şəraitdə qızdırıldıqda sellüloza parçalanır. Bu zaman ağac kömürü, su və uçucu maddələr - metil spirti, sirkə turşusu, aseton və s. alınır.

Nişasta kimi sellüloza da duru turşularla qızdırıldıqda hidrolizə uğrayaraq qlükozaya çevrilir:

(C6H10O5)n + nH2O -> nC6H12O6

Sellülozanın tədriclə hidrolizindən daha sadə quruluşlu polisaxaridlər, məsələn, amiloid əmələ gəlir. Kağızı 80%-li H2SO4 məhlulu ilə qısa müddətdə işlədikdə onun səthində amiloid əmələ gəlir və bu yolla su keçirməyən perqament kağızı hazırlanır.

Sellüloza mədə-bağırsaq sistemində həzm olunmur, lakin gündəlik qidanın tərkibində 2-5 q olması fizioloji norma hesab edilir. Mədəbağırsaq sistemində qidanın hərəkətini sürətləndirir. Hemisellülozanın qida cəhətdən əhəmiyyəti yoхdur. Sellüloza və hemisellüloza ballast karbohidrat adlanır. [1]

Sellülozanın bitkilərdən - pambıqdan, oduncaqdan, qamışdan və s. alırlar. Bu məqsədlə onları 0.2-0.3 mPa təzyiq altında 120-1800C temperaturda NaOH + Na2SO4 qarışığı (sulfat üsulu) və ya Ca(HSO3)2 məhlulu ilə (sulfat üsulu) işləyirlər. Bu zaman sellüloza digər maddələr (liqnin, pentazonlar, qeksazonlar, qatran) qarışığışdan azad olunur.

Sellüloza kətan, pambıq şəklində parça istehsalında istifadə olunur. Onun böyük miqdarı kağız, etil spirt istehsalında sərf olunur.

Sellülozanın hidrolizindən alınan qlükozanın qıcqırması ilə etil spirti alınır. Bu cür alınan spirt hidroliz spirti adlanır (1t quru ağacdan 200 l spirt almaq olur).

  1. "Ərzaq malları əmtəəşünaslığı" (PDF). 2022-03-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-08-24.