Selma Rza (5 fevral 1872, Konstantinopol – 5 oktyabr 1931, İstanbul) — ilk Türk qadın jurnalisti.[1]. O həmçinin ilk hekayə yazan Türk hekayəçidir. Onun ölmündən sonra onun adını "Feraçeli" ləqəbi ilə əbədiləşdiriblər. Bəzən o "Selma Rza Feraçeli" kimi adlanırdı.
Selma Rza | |
---|---|
Doğum tarixi | 5 fevral 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 1931 (59 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, roman yazıçısı |
Vikianbarda əlaqəli mediafayllar |
O 1872-ci ilin fevral ayının 5-də anadan olmuşdur. Onun atasının adı Əli Rza idi. O Avstriya və Belçika Osmanlı imperiyasının diplomatı olmuşdur. Selma Rzanın anası isə Nailə xanım Avstriyalıdır[2]. O ilk təhsilini İstanbulda almışdır[3]. O Parisə Fransaya 1898-ci ildə səyahət edərkən böyük qardaşı Əhməd Rza ilə görüşür. Qardaşı Gənc Türk təşkilatının üzvlərindən biri idi. Selma özü Sorbonn universitetinin məzunudur. O Birlik və Tərəqqi Komitəsinin üzvü idi. O komitənin yeganə qadın üzvü idi. O Parisdə Birlik və Tərəqqi Komitəsinin qəzetində fransızca Mechveret Supplément Français və türk dilində Şura'i Himmet məqaləsini dərc elətdirib.[4][5] 1908-ci ildə o yenidən Türkiyəyə İstanbula qayıdır. BUrada iki qəzetdə məqalə dərc elətdirməyə başlayır. Bu qəzetlərdə oHanımlara Mahsus Gazete ("Newspaper for Women") and Kadınlar Dünyası ("Ladies' World") hissəsinində öz məqalələrini dərc eləyir. 1908–1913-cü illərdə Türkiyədə baş qaldıran qırmızı kərəkatın iştirakçısı və banisi olur. Osmanlı imperiyası dövründə o Adil Sultan sarayına göndərilir. Bu saray İstanbulda yerləşir və qızlar məktəbi idi[6]. Qardaşının köməkliyi ilə saray qızlar üçün Kandilli məktəbi olur. Bu məktəb 1986-cı ildə tamamilə yandı. O 1931-ci ildə 5 oktyabr ayının 5-də vəfat etdi[7].
1892-ci ildən o bir çox hekayələr yazmışdır. Ancaq onların heç biri dərc olunmayıbdı. Novellərini Uhuvvet ("Dostluq") ləqəbi ilə yazırmış. 1999-cu ildə ölmündən xeyli müddət keçdikdən sonra Mədəniyyət Nazirliyi onun novellərini dərc eləyir.