Seneqal tiralyeri (fr. Tirailleurs Sénégalais ) — əsasən Qərbi Afrika xalqlarının nümayəndələrindən ibarət Fransa müstəmləkə qoşunlarının birləşmələri.
Seneqal tiralyerlərinin ilk alayı 1857-ci ildə Fransa Seneqalında yaradılmışdır.
Başlanğıcda xidmətə cəlbetmə prosesi yerli kölə sahiblərindən gənc və sağlam kölələrini satması, habelə münaqişələr zamanı əsir götürülmüş hərbi əsirlərin istifadə edilməsi yolu ilə həyata keçirilirdi. Seneqal tiralyerlərinin birliklərinin sayı artdıqca yerli əhali arasında müqaviləli əsgərlərin xidmətə cəlb edilməsi və hərbi çağırış yolu ilə xidmətə cəlb olunmasına başlanmışdır. Onların arasında indiki Qvineya, Mali, Burkina-Faso, Niger, Çad ərazisindən çoxlu immiqrantlar, həm xristianlar, həm də müsəlmanlar var idi. Seneqal tiralyerlərinin zabitləri fransız idi, lakin bu bölmələrdə xidmət etmək istəyən kifayət qədər fransız zabiti olmadığına görə hər otuz Seneqal tiralyerinə yalnız bir zabit düşürdü.
Seneqal tiralyerləri XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Afrikada müxtəlif müstəmləkə müharibələrində (xüsusən Dahomeya, Bornu, Aqadez kimi dövlətlərin fəthində) iştirak etdilər.
Müharibələrarası dövrdə Seneqal tiralyerləri Fransanın Afrikadakı mülklərində müstəmləkə rejiminin saxlanmasında iştirak etməyə davam etmiş, xüsusən də Mərakeşdəki rif üsyanının yatırılmasında rol oynamışdır.