Senzura komitəsi — Rusiya imperiyasında 9 iyul 1804-cü il tarixli Senzura haqqında Nizamnaməyə uyğun olaraq Xalq Maarif Nazirliyinin nəzdində yaradılmış komitə.
Mərkəzi senzura komitəsi birbaşa Sankt-Peterburq təhsil dairəsinin müvəkkilinə tabe olan Sankt-Peterburq Senzura Komitəsi idi. Eyni zamanda Moskva, Vilna, Dorpat, Qafqaz rayonlarında, sonralar isə başqa yerlərdə senzura komitələri yaradıldı.[1] Bütün çap və əlyazma nəşrləri senzuraya məruz qalırdı. XX əsrin əvvəllərində Senzura Komitələri Daxili İşlər Nazirliyinin tərkibində olmağa başlamışdı.[2]