Sepiya

Sepiya — Yumşaqbədənlilər tipinin başayaqlılar sinfinə daxil olub, onurğasız heyvanlar içərisində daha yüksək inkişaf etmiş formalardandır.[1]

Sepiya
Sepiya
Sepiya
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sepiya
Beynəlxalq elmi adı
Sepia Linnaeus, 1758

Sepiyanın bədəni bir-birindən aydın şəkildə seçilən iki hissədən-baş və gövdədən ibaraətdir. Sepiya bütün başıayaqlılarda olduğu kimi bir çox ələmətlərinə görə başqa yumşaqbədənlilərdən nəzərə çarpacaq dərəcədə fəqlənir. Sepiyanın baş hissəsi dördbucaqlı formadadır və ön hissəsində ağız dəliyi yerləşmişdir. Ağızın ətrafında 10 ədəd hiss orqanları və ya qollar vardır. Onlardan 8 ədədi nisbətən qısa, 2 ədədi isə uzundur. Qısa hiss orqanlarının içəri tərəfi çoxlu miqdarda dairəşəkili sormaclarla təchiz olunmuşdur. Sormaclar uzununa istiqamətdə bir neçə cərgədə düzülmüşdür və güclü əzələri vardır. Bu sormaclar vasitəsilə sepiya lazimi yerdən yapışa bilir. Qalan iki hiss orqanları kifayət qədər uzundur və şikarın tutulmasına xidmət edir. Bu hiss orqanlarının sormacları qolların uc hissəsində yaın yerdə yerləşmişdir. Bu qolların əsasında xüsusi genişlənmə vardır ki, qollar buraya çəkilə bilir. Sepiyanın yaxşı inkişaf etmiş iri gözləri vardır. Konusşəkilli boruya çevrilmiş qıf başın dal tərəfinin qarın nahiyyəsində yerləşmişdir. O, mantiya boşluğu ilə əlaqəlidir və hərəkətdə rol oynayır.

Bədənin ikinci hissəsi olan gövdə oval formadadır. Baş ilə birləşdiyi yerdə çıxıntı vardır. Gövdənin yanlarında və dal hissəsində əzələli dəri büküşü vardır. Bu orqan üzgəc funksiyasını yerinə yetirir.

Yumşaqbədənlilər üçün səciyyəsi olan qövqə sepiyada güclü ixtisar olunmuşdur. Qövqə əhəngli tərkibə malik olub, rudment şəklində gövdənin bel hissəsində dərinin altında yerləşmişdir. Sepiyanın həm xarici həm daxili skleti vardır. Daxili sklet başda olan sinir düyünləri əhatə edir. Bununla yanaşı knopkalarda, hiss orqanlarının əsasında, üzgəclərin daxilində də inkişaf etmişdir.

Sepiyanın gövdəsi bütöv mantiya ilə örtülüdür. Mantiya boşluğunda isə mantiya kompleksli orqanlar yerləşmişdir. Mantiyanın divarı əzələlərlə təchiz olunmuşdur. Başla gövdənin arasında mantiya boşluğuna açılan yarıq vardır. Bu yarıq vasitəsilə mantiya boşluğu xarici mühitlə əlaqələnir. Mantiya boşluğunda qıf adlanan orqan vardır. Qıfın bir dəliyi xarici mühitə, digəri isə mantiya boşluğuna açılır. Mantiyanın əzələləri yığılaraq mantiyanı gövdəyə sıxır və suyu qüvvətlə vurur, mantiya boşluğundan qıf vasitəsilə çıxarır[1].

Həzm sistemi ağız dəliyi ilə başlayır. Ağız dəliyi əzələli udlağa açılır. Udlaq əyri dimdik formasında olan iki mühtəşəm çənələrlə təchiz olunmuşdur. Çənələrin də güclü əzələləri vardır. Udlağın dal tərəfində radula yerləşmişdir. Udlağa ağız suyu vəzilərinin axarları açılır. Udlaqdan sonra uzun boruşəkilli qida borusu gəlir. Qida borusu əzələli mədəyə açılır. Mədə tutumludur və iki şöbəyə-əsl mədə və kor kissə adlanan hissələrə ayrılır. Mədədən sonra nazik bağırsaq, ondan sonra düz və ya dal bağırsaq uzanır ki, o da anusla nəhayətlənir. Anus dəliyi mantiya boşluğuna açılır. Qida borusunun hər iki tərəfində iki paylı həzm vəzi olan qarciyər yerləşmişdir.[1]

Tənəffüs sistemi

[redaktə | mənbəni redaktə et]

Tənəffüs sistemi ktenidi adlanan qəlsəmələr vasitəsilədir. Qəlsəmələr iki ədəd olub, simmetrik şəkildə mantiya boşluğunda yerləşmişdir və lələkşəkillidir. Qəlsəmələr qəlsəmə oxundan və iki cərgədə düzülmüşdür qəlsəmə ləçəklərindən ibarətdir. Sepiyanın hərəkətinə səbəb olan mantiya əzələrinin ritmik yığılması həmçinin sepiyanın tənəffüs prosesini təmin edir. Belə ki mantiya boşluğuna daxil olan su qəlsəmələri yuyur və qəlsəmələrdə olan qan damarlarında oksidləşmə prosesi gedir.

Qan-damar sistemi

[redaktə | mənbəni redaktə et]

Qan-damar sistemi mürəkkəb quruluşludur. Ürək üç hissədən ibarətdir. Bir mədəcik iki qulaqcıq ürəkətrafı boşluqda yerləşmişdir. Üarəyin mədəciyi kisəşəkillidir və ondan önə doğru baş aortası, dal tərəfə isə qarın aortası uzanır. Baş aortası bədənin ön hissəsini, qarın arteriyası bağırsağı, cinsi arteriya isə cinsi orqanları qanla təchiz edir. Sepiya üçün arterial və venoz qan damarları səciyyəvidir. Bu damarlar bir-birilə əlaqəli olub, dəri və əzələdə bir-birinə keçirlər.[1]

İfrazat sistemi

[redaktə | mənbəni redaktə et]

İfrazat sistemi funksiyasını bir cüt böyrək yerinə yetirir. Böyrəklər kisəşəkilli formada olub, qarın nahiyədə düz bağırsağın hər iki tərəfində yerləşmişdir. Böyrəklər kor çıxıntıları ilə venoz damarlarla sıx bağlı olub, qanda olan lazımsız məhsulları sorurlar. Sorulmuş məhsullar qısa sidik axarlarına, ordan da böyük dəlik vasitəsilə mantiya boşluğuna açılır.[1]

Sinir sistemi yaxşı inkişaf etmişdir və mürəkkəb quruluşa malikdir. Sinir düyünləri iridir və bir-biri ilə birləşərək baş beyni əmələ gətirirlər. Baş beyin qığırdaqlı kapsula ilə mühafizə olunmuşdur. Sinir düyünlərinin əsasını udlaqaltı və udlaqüstü sinir düyünləri təşkil edir. Düyünləri təşkil edir. düyünləri təşkil edir. Düyünlərdən bədənin müxtəlif hissələrinə mürəkkəb quruluşlu sinirlər çıxır və onu sinirləndirir.

Hiss orqanları

[redaktə | mənbəni redaktə et]

Sepiya hiss orqanları yaxşı inkişaf etmişdir. Hiss orqanlarına bir cüt yaxşı inkişaf etmiş gözələr, iybilmə, dadbilmə orqanları, lamisə hiss orqanları və bir cüt müvazinət orqanı olan statosist aiddir. Sepiyanın gözləri mürəkkəb quruluşa malik olub, qərni təbəqədən, qüzehli qişadan, göz büllurundan, şüşəvari hissəcikdən və tor qişasından ibarətdir.[1]

Cinsi orqanlarına görə sepiya ayrı cinslidir. Erkək və dişi fərdlərin hər ikisində cinsi vəzlər təkdir. Cinsi vəzlərin axarı da tək olub, cinsi dəlik vasitəsilə xaricə açılır. Erkək fərdlərdən fərqli olaraq dişi fərdlərdə cüt nidamental vəzlər vardır. Bunlarla yanaşı burada əlavə üç paylı nidamental vəzlər də vardır. Nidamental vəzlər şirə ifraz edərək yumurtanın xarici örtüyünü əmələ gətirir.

Başayaqlıların o cümlədən sepiyanın mayalanması olduqca maraqlıdır. Belə ki, cinsi yetişkənliyə catmış erkək fərdnqol hiss orqanlarından biri güclü dəyişilərək hektoktil adlanan uzunsov orqana çevrilir. Erkək fərd bu orqan vasitəsilə öz mantiya boşluğunda olan speramataforu götürüb dişinin mantiya boşluğuna keçirir. Hektoktil qırılaraq dişinin mantiya boşluğuna düşür və burada yumurtanın mayalanması baş verir. Qırılmış hektoktilin əvəzində yenisi əmələ gəlir. Mayalanmış yumurtalar qrup şəklində sualtı cisimlərə qoyulur. Sepiyanın inkişafı düzünədir. Yumurtanın inkişafında sepiyaya oxşar fərdlər çıxır.[1]

  1. 1 2 3 4 5 6 7 Behlul Ağayev. Onurğasızlar zologiyasından laboratoriya məşğələləri. ADPU: Bakı. 2004. səh. 162-168.