Arxiyepiskop Serafim (dünyəvi adı Aleksandr Alekseyeviç Protopopov, 19 oktyabr 1894 – 8 avqust 1937, Lipetsk, Voronej vilayəti) — Rus Pravoslav Kilsəsinin yepiskopu, Zadon və Elen arxiyepiskopu.
Serafim Protopopov | |
---|---|
Doğum tarixi | 19 oktyabr 1894 |
Vəfat tarixi | 8 avqust 1937 (42 yaşında) |
Vəfat yeri |
Aleksandr Alekseyeviç 19 oktyabr 1894-cü ildə Don Qoşunları əyalətinin Akişev stanitsasında anadan olmuşdur. O, 1913-cü ildə Novoçerkassk gimnaziyasını bitirərək Petroqrad universitetinin tarix-filologiya fakultəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Petroqrad universitetinin elmi əməkdaşı kimi fəaliyyətə başlamışdır. Daha sonralar Aleksandr Akekseyeviç Petroqrad Ruhani Seminariyasının 2 kursunu başa vurmuşdur.
1920-ci ildə Coğrafiya İnstitutunun elmi əməkdaşı olmuşdur. Özünü yeniliyin əleyhdarı kimi göstərən Aleksandr Akekseyeviç Protopopov 1922-ci ilin yayında həbs olunmuş və elə həmin ilin 13 sentyabrında onun haqqında açılmış cinayət işinə xitam verilmişdir.
1923-cü ilin avqustunda Petroqradda keçirilən pravoslav din xadimlərinin yığıncağında Aleksandr Alekseyeviç yepiskop vəzifəsinə üç namizəddən biri seçilmişdir (digər ikisi Manuil Lemeşevski və Varlaam (Saserdotski idi). Patriarx Tixon yepiskop vəzifəsinə Manuilin təyin edilməsi barədə qərar vermişdir.
4 mart 1924-cü ildə yenidən həbs olunmuş, iki il müddətinə azadlıqdan məhrum edilmişdir. Aleksandr Akekseyeviç məhkumluğunu Solovesdə xüsusi təyinatlı düşərgədə keçirmişdir.
O, 30 noyabr 1926-cı ildən Petroqrad yeparxiyasına daxil olan Kolpin yepiskopu təyin edilmişdir.
Aleksandr Akekseyeviç Protopopov 1928-ci ilin aprelində Don yeparxiyasının Akskay kilsəsinin yepiskopu vəzifəsinə təyin olunmuş, 1928-ci ilin 27 iyunundan Sızran kilsəsinin yepiskopu olmuşdur.
O, 25 sentyabr 1928-ci ildə Ufa yeparxiyasının Sterlitamak yepiskopu kimi fəaliyyətini davam etdirmişdir.
23 noyabr 1928-ci ildə Bakı Rus Pravoslav Kilsəsinin yepiskopu vəzifəsinə təyin olunan Aleksandr Akekseyeviç Protopopov eyni zamanda Yerevan və Suxumi yeparxiyalarını da idarə etmişdir.
O, 3 aprel 1930-cu ildə Bakı Rus Pravoslav Kilsəsinin yepiskopu vəzifəsindən azad olunaraq Yaroslav yeparxiyasının Rıbin Rus Pravoslav Kilsəsinə yepiskop təyin olunmuşdur.