Serb Respublikasında italyanlar (serb. Италијани у Републици Српској, it. Gli italiani della Repubblica Serba) — Serb Respublikası əraziaində yaşayan və işləyən italyan əsilli əhali. İtalyan diasporu Serb Respublikasının 12 milli azğlığı siyahısına daxil edilmişdir. Onların maraqlarını və hüquqlarını Serb Respublikasının Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il siyahısına alınmasına görə Serb Respublikasında 248 italyan yaşayır.
Hazırkı Serb Respublika italyanlar 1882-ci ildə peyda olmuşlar. İlk yaşayış məntəqələri 1883-cü ilin sentyabrında Banya-Luka, Laktaşi və Ştivor ətrafında salınmışdır. Torpaq sahəsi, heyvan və toxum əldə etdikdən sonra italyanlar üzüm və ağac əkməyə başlamışlar. Bir müddət sonra isə onlar konyan və digər içkilər hazırlayırdılar. Üstəlik onlar buradabev və ferma salırdılar[1]. İtalyadan gələnlər burada heyvandarlıq və əkinçiliklə yanaşı meşəçilik və tikinti ilə məşğul olurdular. Onlar müəssisələr təsis edir və dəmir yolları inşa edirdilər. 1902-ci ildə Şibovka kəndində ilk italyan məktəbi açılmışdır[2].
Banya-Lukanın inkişafında qraf Cam Vito del Mestrinin rolu böyük olmuşdur. Qraf şəhərdə inşa edilən ilk kərpiç zavodunun sahibi olmuşdur. O, ömrünü bölgədə üzümçülüyün inkişafına həsr etmişdir. O, həm də şəhər sovetinin üzvü və İtalya konsulu olmuşdur. İkinci dünya müharibəsinə qədər Bany-Luka şəhər kü©ələrindən biri onun adını daşıyırdı[3].
İtlyanların böyük qismi katolikdir. Bununla belə aralarında azda olsa provaslavlar vardır. Serb Respublikasında iki roma-katolik kilsəsi vardır: Maxovlyani və Ştivore[4].