Serb Respublikasında monteneqrolular

Serb Respublikasında monteneqrolular (serb. Црногорци у Републици Српској) — Serb Respublikasında yaşayan və işləyən monteneqro əsilli əhali. Monteneqrolular Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2013-cü il məlumatına görə 1116 montenoqralı yaşayır.

İcma[redaktə | mənbəni redaktə et]

Monteneqrolular Serb Respublikasına İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Onlar əsasən Trebine, Bileça, Qaçko, Nevesine, Lyobine, Foça və Çayniçe şəhərlərində yaşayırdılar. Onlara həmdə Banya-Luka şəhərində rast gəlinir. Hazırda isə onların böyük qismi Herseqovinada cəmləşmişlər. Serb Respublikasının ən böyük saylı milli azlıqlarından biridir[1].

İnanc[redaktə | mənbəni redaktə et]

Serblər kimi monteneqrolularda provaslavdırlar. Onlar Serb provaslav kilsəsinə tabedirlər.

Cəmiyyət[redaktə | mənbəni redaktə et]

Serb Respublikasında monteneqrolulara aid icmalar[2]:

  • Serb Respublikası monteneqroluların «Neqoş» cəmiyyəti (Banya-Luka)
  • Serb Respublikası monteneqroluların «Neqoş» cəmiyyəti (Dovoy)
  • Herseqovinada monteneqroluların «Vuk Miçunoviç» cəmiyyəti (Trebine)
  • «Luça» dostları və monteneqroluların cəmiyyəti (Qradişka)
  • Herseqovinada monteneqroluların «Petar Petroviç Neqoş» diyarşunaslıq cəmiyyəti (Trebine)
  • «Lovçen» dostları və monteneqroluların cəmiyyəti (Banya-Luka)
  • Monteneqroluların «Lovçen» cəmiyyəti (Bielina)

Hər il Serb Respublikası monteneqroluların mədəniyyəti günü qeyd edilir. Bununla bağlı müəyyən görüşlər və toplantılar keçirilir[3][4].

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

  • İqor Radoyçiç, Banya-Lukanın icra başçısı.
  • Miloe Deletiç, Serb Respublikasının üçüncü çağırış Veçe deleqatı.
  • Radenko Rikiç, Serb Respublikasının dördüncü çağırış Veçe deleqatı.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]