Serebyakovun binası (rus. Дом Серебрякова) — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Serebyakovun binası Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 47 ünvanında yerləşir. Bina 1865-ci ildə inşa edilmişdir. XIX əsrin ikinci yarısından etibarən bina birinci gildiya taciri Yakov Mixayloviç Serebyakova məxsus olmuşdur. Bina rus klassizmi stilində inşa edilmişdir.
Serebyakovun binası | |
---|---|
rus. Дом Серебрякова | |
47°12′41″ şm. e. 38°56′04″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1865 |
Memarlıq quruluşu | Eklektika |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın sahibi birinci gildiya taciri milliyətcə erməni olan Yakov Mixayloviç Serebyakov olmuşdur. O, həm də Taqanroq atçılıq zavodunun sahibi idi. 1853-cü ildə təşkil edilən zavod 1858-ci ildə buraxılmışdır[1]. 1865-ci ildə o, Petrovskaya küçəsində çox mənzilli yaşayış binasını inşa etdirmişdir. Bina Ukrainski və Turqebev xiyabanlarının kəsişməsində yerləşirdi. Binanın birinci mərtəbəsində mağazakar yerləşirdi. Burada əsasən Parisdən gətirilən paltar və ayaqqabı satılırdı. Binada Ladoxinə məxsus olan notarial kontor fəsliyyət göstərirdi. Bina rus klssdizmi stilində inşa edilmişdi.
12 aprel 1895-ci ildə Taqanroqu ziyarət edən məşhur rəsssam İvan Konstantinoviç Ayvazovski binada olmuşdur. Yakov Mixayloviç Serebyakov fəal ictimai xadim və məşhur xeyriyəci olmuşdur. Əvvəllər Qreçeski küçəsi ev 62 ünvanında Yakov Mixayloviç Serebyakovun inşa etdirdiyi Müqəddəs İokov erməni-qriqoryan kilsəsi mövcud idi. Bu kilsənin ərazisini Yakov Mixayloviç Serebyakov xüsusi ilə alaraq burada 1906-cı ildə kilsə inşa etdirmişdir. Kilsə binası nəhayətdə 1930-cu ildə sovet hakimiyyətinin dinimübarizə zəmində apardığı siyasətin nəticəsində dağıdılmışdır.
1920-ci ildə bina milliləşdirilmişdir. Petrovski 47 ünvanında yerləşən bina Qırmızı ordunun 9-cu atıcı diviziyanın qərargahına çevrilir. Sonradan onun binasına 16 nömrəli məktəb yerləşdirilir. XXI əsrdən isa binada Taqanroq İdarətetmə və İqtisadiyyat İnstutu yerləşir[2].